Gəncə şəhərində turistik nişanlanma işləri həyata keçirilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 25 fevral, AZƏRTAC
Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın turizm baxımından cəlbedici məkanları, tarixi-mədəni abidələri və digər turizm nümayiş obyektləri üzrə turistik nişanların quraşdırılması istiqamətində layihələndirmə və icra işləri davam etdirilir.
Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Həyata keçirilən layihə çərçivəsində Gəncə şəhərində turistik nişanlanma işləri aparılıb. Görülmüş işlərə piyada istiqamətverici nişanların quraşdırılması, məlumatlandırıcı lövhələrin yerləşdirilməsi, eləcə də avtomobil yollarında turizm nümayiş obyektlərini göstərən yol nişanlarının tətbiqi daxildir.
Layihənin əsas məqsədi şəhərə səfər edən yerli və xarici turistlərin hərəkətini asanlaşdırmaq, turizm obyektlərinə çıxışı daha rahat və əlçatan etmək, eyni zamanda şəhərin turizm infrastrukturunun keyfiyyətini artırmaqdır.
Turistik nişanlanma sisteminin tətbiqi şəhər mühitində vahid vizual istiqamətləndirmə mühitinin formalaşdırılmasına, turizm marşrutlarının daha aydın təqdim olunmasına və ümumilikdə ziyarətçi məmnuniyyətinin yüksəldilməsinə xidmət edir.
Layihənin digər turizm potensialı yüksək olan bölgələrdə də mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 25 Fevral 2026 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















