Icma.az
close
up
RU
Gəncə sonuncu pilləyə yuvarlandı

Gəncə sonuncu pilləyə yuvarlandı

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səbail - Kəpəz (Gəncə) 1:0 (1:0)
12. Əlirza Müştəbazadə - 6,0
18. Süleyman Əhmədov – 5,5
(74. Yusif Nəbiyev, 80) – qiymətsiz
3. Dmitri Litvin (k) – 5,5
4. Marko Nikoliç – 5,0
20. Mərt Çelik – 5,0
8. Qorka Laruçça – 5,5
96. İlkin Muradov – 5,5
14. Suleyman Alluş – 5,5
77. Fərid Nəbiyev – 5,5
7. Madi Queta – 6,5
99. İnnosent Nşuti – 6,0
(97. Oruc Məmmədov, 80) – qiymətsiz
Ehtiyat oyunçular
1. Hüseynəli Quliyev
25. Nicat Məmmədzadə
22. Mirabdulla Abbasov
11. Rüfət Abdullazadə
83. Nihad Quliyev
19. Samir Abdullayev
16. Emin Rüstəmov
88. Hacıəli Şirəliyev
10. David Qomis
5. Gitay Sofir
Baş məşqçi: Cavid Hüseynov
Komandanın ən yaxşısı: Madi Queta
1. Rojerio Santos – 5,0
12. Turan Manafov – 5,5
29. Dioqo Verdaska – 5,0
78. Yeqor Xvalko (k) – 5,0
5. Rauf Hüseynli – 5,0
26. Valdemar Almeyda – 5,0
(88. Şevroni Mabatşoev, 67) – 5,0
3. Mahamadu Ba – 5,5
7. Ehtiram Şahverdiyev – 5,5
(99. Əli Səmədov, 74) – 5,5
28. Rati Ardazişvili – 5,0
(10. Karim Lkoça, 67) – 5,0
70. Nicat Süleymanov – 5,0
(21. Camal Cəfərov, 46) – 5,0
9. Luis Paçu – 6,0
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
2. İlkin Qırtımov
8. Elmir Tağıyev
6. Nemət Musayev
17. Ümid Səmədov
15. Cavad Kərimov
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Luis Paçu
Qol: M.Queta, 11 (İ.Nşuti).
Vərəqələr: V.Almeyda, 46 (qeyri-idman hərələti). D.Verdaska, 55 (hakimin qərarına etiraz). D.Litvin, 80 (hakimin qərarına etiraz). M.Çəlik, 83 (oyunun bərpasının ləngidilməsi) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev (hamısı Bakı).
VAR hakimi: Tural Qurbanov (Bakı).
VAR hakiminin köməkçisi: Elşad Abdullayev (Bakı).
Hakim-inspektor: Rəhim Həsənov (Bakı).
AFFA nümayəndəsi: Emin Cəfərov (Bakı).
25 yanvar. Bakı. “ASCO Arena”. 1050 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Əvvəlki turda “Sumqayıt”ı səfərdə məğlub edən “Səbail”in yenə qələbə üçün oynayacağı gün kimi aydın idi.

Bu nəticə sənə zirzəmidən uzaqlaşmağa imkan verirsə, rəqib də aşkar autsayderlərdən biridisə, fərqli ssenari gözləməyə dəyməzdi. Bunu yaxşı başa düşən “dənizçilər” oyun başlayan kimi irəli atıldı. Prinsipcə dəqiqə tamamlanmamış Queta hesabı açmalıydı. Sadəcə, qapıçı onun qarşısını aldı. Ancaq 11-ci dəqiqədəki hücum zamanı Rojerio da heç nə edə bilmədi. Nşutinin ötürməsindən sonra cərimə meydançasında topu qəbul edən Madi hesabı acdı. Bundan dərhal sonra Paçu fərqlənməyə yaxın oldu. Nikoliçin kobud səhvindən sonra topu ələ keçirən braziliyalı hücumçunun qarşısını Əlirza məharətlə aldı. Maraqlıdı ki, gəncəlilər hücumları intensivləşdirmək əvəzinə sakitləşdilər. “Dənizçilər” isə hücumları sıralayır, fasiləyə daha rahat hesabla yollanmaq istəyirdi. 21-ci dəqiqədə Alluş, iki dəqiqə sonra Fərid fərqlənməyə yaxın oldu. Qonaqlar ardıcıl hücumlara yalnız 33-cü dəqiqədə cavab verdi. Cinahda Queta ilə Çəliki arxada qoyan Turan Manafov Banı zərbə mövqeyinə çıxarsa da, onun zərbəsi dəqiq olmadı.
Oyunun axarından narazı qalan Azər Bağırov fasilədən sonra Nicatı Camalla əvəzləməklə sağ cinahı gücləndirməyə çalışdı. Amma bu gediş də nəticə vermədi. Düzdü, 55-ci dəqiqədə Ehtiram uzaqdan zərbə ilə Əlirzanı bir daha yoxladı. Amma “Səbail”in cavab hücumu daha təhlükəli alındı. Sağ cinahda Verdaskanı ustalıqla arxada qoyan Queta Nşutini zərbə mövqeyinə çıxarsa da, o topu qapının üstündən vurdu. 63-cü dəqiqədə Fərid boş qapıya düşə bilmədi. 75-ci dəqiqədə yenicə meydana çıxan Əli Səmədov gəncəliləri sevincə qərq etməyə yaxın olsa da, Əlirza onun zərbəsinə də çevik reaksiya göstərdi. Təbii ki, sonluq “Kəpəz”in üstünlüyü şəraitində keçdi. Ancaq qonaqlar hücumda yaradıcılıq baxımından axsayırdı, onların hücumlarının qarşısını almaq “dənizçilər” üçün çətin olmurdu. Bu çətin və önəmli oyunda qələbə qazanan “Səbail” sonuncu pilləni rəqibə təhvil verdi. Mənə elə gəldi ki, “Turan Tovuz” üzərindəki möhtəşəm qələbə “Kəpəz”in düşərgəsində müəyyən eyforiyaya, arxayınlığa səbəb olmuşdu. Azər Bağırov ötən bir həftədə onları bu mənada ayılda bilməmişdi.
Gözdən qaçmadı
* “Kəpəz”in sayı o qədər də çox olmayan azarkeşləri ayrı-ayrı sektorlarda əyləşmişdi. “Kəpəz Ultras” bir, “Xəmsə” başqa sektorda idi. Bakıda yaşayan gəncəlilər də media sektoruna yaxın yerdə məskən salmışdı.
* Həm Cavid Hüseynov, həm də Azər Bağırov Əliyar Ağayevin bəzi qərarlarını təəccüblə qarşılayır, imkan daxilində ona təsir göstərməyə çalışırdı. İlk yarının sonunda maraqlı vəziyyət yarandı. Cavid Hüseynova sarı vərəqə göstərmək üçün yaxınlaşan referi Azər Bağırova üzünü tutaraq belə dedi: “Azər müəllim, gəlmişkən sizə də deyirəm: oyunu idarə etməyə mane olursuz”.
* Epizodların birində iki ispan – Verdaska ilə Laruçça meydanda münasibətləri ayırd etməyə çalışdı. Referi özünü yetirib əlbayaxa davanın qarşısını aldı.
* Azər Bağırov sona yaxın həm referiyə, həm də 4-cü hakim Fərid Hacıyevə müraciətlə “bəsdirin də …, qoyun oynayaq” dedi. Ancaq bu məqam hakimlərin gözündən yayındı.
ORXAN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Yanvar 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see270

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see238

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see236

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see220

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see217

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see217

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see213

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see205

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see204

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see202

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see200

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see197

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see194

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see194

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see193

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see190

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see189

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see176

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see159

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri