Gəncə teatrında ilk dəfə kiçik səhnədə tamaşa premyerası olub AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gəncə, 14 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Gəncə Dövlət Milli Dram Teatrında türk dramaturqu Birgül Gülər Yaşıloğlunun “Qadınlar danışarsa” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, teatrın baş rejissoru, Prezident mükafatçısı Elşad Əhmədovun quruluş verdiyi tamaşa teatr tarixində ilk dəfə olaraq kiçik səhnədə qurulub. Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artist Kəmalə Məmmədova və digər aktrisaların rol aldığı dram əsəri tamaşaçıların marağına səbəb olub və alqışlarla qarşılanıb.
İlin sonunadək Gəncə Dövlət Milli Dram Teatrının səhnəsində Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasının, eləcə də Toyqun Orbayın “İnsan oğlunun şərəfinə” dramatik tamaşasının təqdimatı da olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 14 Noyabr 2024 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















