Gəncəbasar ın baş məşqçisi: Mingəçevirdən yaxşı nəticə ilə qayıtmaq istəyirik
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
1-ci Liqanın 3-cü turunda ilk 2 matçda maksimum nəticə qazanan "Gəncəbasar" "Mingəçevir"in qonağı olacaq. Gəncə təmsilçisinin baş məşqçisi Elhad Nəziri əlaqə saxlayıb səfər matçından nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Mingəçevir"in əvvəlki iki oyununa baxmışıq, rəqibi təhlil etmişik. Yaxşı komanda formalaşdırıblar. Ümumiyyətlə, bu çempionatda asan rəqib yoxdur. "Zaqatala"ya (2:2), "Səbail"ə (1:2) qollar vurublarsa, deməli, yaxşı kollektivdir. Təbii ki, Mingəçevirdə oynayacağımız üçün işimiz asan olmayacaq. Amma biz hər oyuna eyni məqsədlə çıxırıq. Hazırlıqlarımız davam edir. Mingəçevirdən yaxşı nəticə ilə qayıtmaq istəyirik. Ümid edirəm ki, futbolçular verilən tapşırıqların öhdəsindən gələcəklər".
Qeyd edək ki, "Mingəçevir" - "Gəncəbasar" qarşılaşması sentyabrın 17-də keçiriləcək. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydanında reallaşacaq görüşün start fiti 16:30-da səsləndiriləcək.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 15 Sentyabr 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















