Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Gəncədə 27 yaşlı oğlan keçmiş arvadını avtobusda bıçaqladı

Gəncədə 27 yaşlı oğlan keçmiş arvadını avtobusda bıçaqladı

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə şəhərində 1997-ci il təvəllüdlü Fərid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Yeganəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 30 noyabr 2023-cü ildə Gəncə şəhəri, Nizami prospektində yerləşən “Təzə Şəmkir” Avtovağzalında baş verib. 
Fərid orada dayanıqlı vəziyyətdə olan “Mercedes Sprinter” markalı mikroavtobusun arxa oturacağında əyləşmiş keçmiş arvadı Yeganənin yanında əyləşdikdən sonra onun naməlum avtomobildən düşməsini bəhanə edib. O, özündə olan bıçaqla keçmiş arvadına zərbələr endirib. Onun təpə-ənsə və boyun nahiyyələrinin kəsilmiş yarası ilə müşayiət olunan xəsarətlər yetirib. 
Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan  olunmuş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə təqsirli bilib. O, ifadəsində göstərib ki, Yeganə ilə 2018-ci ildən ailə həyatı qurub və həmin nikahdan iki övladı olub: “2022-ci ildə Yeganə ilə aramızda şəxsi münasibətlər zəminində mübahisə olduğundan ayrıldıq. Ayrıldığımız vaxtdan da 2 azyaşlı övladım mənimlə birlikdə yaşadı. Təxminən 2023-cü ilin avqust-sentyabr aylarında Yeganə uşaqları məndən almaq üçün Gədəbəy Rayon Məhkəməsinə müraciət etdi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, 30 noyabr 2023-cü ildə Gədəbəy Rayon Məhkəməsi tərəfindən məhkəmə prosesinə dəvət edildiyi üçün Gəncə şəhəri, “Təzə Şəmkir” avtovağzalına gedib və orada mikroavtobusa yaxınlaşıb: “Özüm üçün mikroavtobusda bir nəfərlik yer saxlatdım. Mikroavtobusun yaxınlığında siqaret çəkən zaman “Mercedes” markalı avtomobil mikroavtobusun yanında saxladı. Yeganə həmin avtomobildən düşdü. Mən həmin avtomobilin sürücüsünə yaxınlaşaraq saxlamağını istədim. Lakin sürücü istəyimə məhəl qoymayaraq avtomobili sürərək oradan uzaqlaşdı. Yeganə mənim Gədəbəyə gedəcəyim mikroavtobusa daxil olaraq  arxa oturacaqda əyləşdi. Mən də siqaretini çəkdikdən sonra mikroavtobusa mindim və Yeganənin yanında əyləşdim. Həmin vaxt Yeganəni qısqandım və onu qorxutmaq məqsədilə “Mercedes” markalı avtomobilin sürücüsünün kim oluğunu soruşdum. O, isə cavab vermədiyindən əsəbləşdim və üzərimdə olan bıçağı çıxararaq ona bir neçə dəfə baş, boyun nahiyyələrindən zərbələr endirdim”. 
Fərid bildirib ki, daha sonra avtobusdan düşərək hadisə yerindən kənarlaşıb: “Mən mikroavtobusdan düşdükdən sonra bir neçə metr qabağa getdikdən sonra polis əməkdaşlarının olduğunu gördüm və onlara hadisə barədə məlumat verdim. Sonra məni polis idarəsinə gətirərək təhvil verdilər”. 
Təqsirləndirilən şəxs arvadını hədələməsi ilə bağlı səs yazıları barədə olan ittihamla bağlı belə ifadə verib: “Boşanacağımız halda uşaqlarımı anası Yeganəyə  vermək istəməmişəm. Buna görə də Yeganəni qorxutmaq üçün “sənin başına oyun açacam” demişəm. Mənim Yeganəni öldürmək niyyətim olmayıb. Yalnız onu qorxutmaq məqsədim olub”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Yeganənin sözlərinə görə, Fərid ilə 2018-ci ildə ailə həyatı qurub və 2022-ci ildə aralarında yaranmış münaqişəyə görə ayrılıblar: “Biz ayrıldıqdan sonra birgə nigahdan olan 2 övladımı Fərid mənə vermədi və mənə səsli mesajlar göndərdi, məni öldürməklə hədələdi. Mən uşaqlarımı almaq üçün Gədəbəy rayon Məhkəməsinə müraciət etdim. Gədəbəy rayon Məhkəməsi tərəfindən 30 noyabr 2023-cü ildə, saat 15:00-da məhkəmə prosesinə dəvət olundum. Mən Gəncə şəhər avtovağzalına getmək üçün yol kənarında dayanmış dövlət qeydiyyat nişanını və markasını xatırlamadığım taksi ilə “Təzə Şəmkir” avtovağzalına getdim. Avtovağzalda Gədəbəy rayonuna gedən mikroavtobusa mindim. Təxminən 10-15 dəqiqə sonra Fərid əyləşdiyim mikroavtobusa əyləşərək baş və boyun nahiyəmə bıçaqla xəsarət yetirdi. Bıçaq əlindən düşdükdən sonra isə mənə əl-ayaq zərbələri vurdu. Daha sonra mikroavtobusun arxa oturacağından tanımadığım şəxslər mikoavtobusun arxa qapısını açaraq məni arxa oturacaqların altından dartıb çıxardılar. Təxminən 20-25 dəqiqədən sonra təcili tibbi yardım gəldi”.
Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərid 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Hökmdən narazı qalan zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilib. Onlar şikayətlərində göstəriblər ki, təqsirləndirilən şəxsə kifayət qədər az cəza verilib. Şikayətdə təqsirləndirilən şəxsin cəzası 5 ilə qədər artırılması təklif olunub. 
Təqsirləndirilən şəxs də barəsində olan hökmdən apellyasiya şikayəti verib. O, təyin olunan cəzanın ağır olduğunu deyib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib. 
Hər iki tərəfin şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Şikayətləri araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin şikayəti təmin olunmayıb. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Fevral 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see709

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see455

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see401

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see305

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see289

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see287

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see260

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see255

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see246

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see245

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see241

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see238

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see237

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see235

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see230

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see217

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see195

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see192

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see186

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri