Gəncədə 9 cu sinif şagirdi itkin düşdü Axtarılır
News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gəncə şəhər sakini 2011-ci il təvəllüdlü Elşan Alıməmmədov ötən gün yaşadıqları evdən hazırlıq adı ilə çıxıb. Bundan sonra məktəblidən xəbər olmayıb.
News24.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan hazırda şəxsin yerinin müəyən olunaraq ailəsinə təhvil verilməsi istiqamətində müvafiq tədbirlər keçirildiyi bildirilib.
"Tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək. Şəxsi görən şəxslərdən 102 zəng mərkəzinə və yaxud da ərazi üzrə polis orqanlarına müraciət etmələri xahiş olunur", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Elşan Alıməmmədov Gəncə şəhər M.Hadi adına 10 nömrəli məktəbin 9-cu sinif şagirdidir. Hazırda məktəblinin tapılması istiqamətində polis tərəfindən axtarışlar davam etdirilir. (Unikal.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 09 Oktyabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















