Gəncədə ailə dəyərlərinin gənclər arasında təbliği və onların sağlam həyat tərzinə təşviqi barədə söhbət aparılıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gəncə, 15 may, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının təşkilatçılığı ilə 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə ailə dəyərləri, reproduktiv sağlamlıq, erkən və qohum evliliklərinin fəsadları, sağlam həyat tərzinin təbliği və digər vacib mövzular müzakirə edilib.
Tədbirdə çıxış edən ADAU-nun Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova milli-mənəvi dəyərlərdən söhbət açaraq ailənin cəmiyyətdəki rolunu vurğulayıb, ailə dəyərlərinin gənclər arasında təbliğinin və onların sağlam həyat tərzinə təşviqinin vacibliyini qeyd edib.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktor müavinləri Yalçın Babayev və Ruhəngiz Əliyeva, psixoloq Zərif Qurbanova, terapevt Tükəzban Məmmədova və hüquqşünas Hadı Hüseynov da çıxış edib, sağlam ailə münasibətlərinin qurulması, ailə planlaması, erkən nikahların və qohum evliliklərinin fəsadları, sağlam həyat tərzinin vacibliyi mövzularında iştirakçılara geniş məlumat veriblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 15 May 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















