Tələbə gənclər arasında sağlam həyatın təbliği proqramı uğurla yekunlaşıb AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 7 yanvar, AZƏRTAC
Ölkəmizdə fəaliyyət göstərən bir sıra universitetlərdə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “Tələbə gənclər arasında sağlam həyatın təbliği” proqramı icra olunub.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, əsas məqsəd “Sağlam tələbə, sağlam gənclik” devizi altında tələbə gənclər arasında sağlam həyat vərdişlərinin aşılanması, bu istiqamətdə velosipedlərdən gündəlik həyatda istifadənin təbliği və təşviqi, eləcə də kiçik və böyük miqyaslı infosessiyaların və layihələrin təşkil edilməsi olub.
Hazırda Bakı, Lənkəran, Mingəçevir, Gəncə və digər regionları əhatə edən “Tələbə gənclər arasında sağlam həyatın təbliği” proqramı çərçivəsində yaradılmış velosiped klubları 10 ali təhsil müəssisəsində aktiv fəaliyyət göstərir. Proqram çərçivəsində “VeloLife” klublarının infosessiyaları, tələbələr arasında “Green Velo 2024” müsabiqəsi, respublika velotrekində “VELO TREK” yarışı, Lənkəran Dövlət Universitetində velosipeddən rahat istifadənin təbliği üçün velosiped dayanacağı və Lənkəran şəhərində “Velo Forum” adlı layihə icra olunub. Proqram 5 regionda 2770 tələbə gənci əhatə edib. Bu təşəbbüs tələbə gənclər arasında sağlam həyat tərzini və ekoloji məsuliyyəti təşviq etməklə yanaşı, ölkədə daha sağlam və şüurlu cəmiyyətin formalaşmasına töhfə verməyi hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 07 Yanvar 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















