Gəncədə ana 40 günlük körpəsindən niyə imtina edib?
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gəncədə ananın 40 günlük körpəsindən imtina etməsinin səbəbi açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, körpə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə" altsisteminə müraciət ötən ay daxil olub:
"Müraciətdə körpənin anası müxtəlif səbəblərdən qızına qayğı göstərə bilmədiyini və onun uşaq müəssisələrindən birinə yerləşdirilməsini xahiş edib.
Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları ilkin qiymətləndirmə məqsədilə dərhal ananın yaşadığı ünvana səfər ediblər. Qiymətləndirmə zamanı anaya övladına özünün qayğı göstərməsi üçün sosial dəstək tədbirləri ilə əhatə olunması təklif edilsə də, o, bundan imtina edib.
Bundan sonra körpə müvafiq tibbi müayinələrə yönləndirilib.
Uşağın müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, daimi qayğı ilə əhatə olunması üçün körpələr evinə yerləşdiriləcək".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 12 Fevral 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















