Icma.az
close
up
RU
Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Gəncə, 27 sentyabr, AZƏRTAC

Gəncə şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Anım Günü ilə bağlı tədbirlər çərçivəsində əvvəlcə Gəncə şəhərinin Heydər Əliyev adına Mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülərək onun əziz xatirəsinə dərin hörmət və ehtiram bildirilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi məqsədilə Gəncə şəhərinin Şəhidlər xiyabanında ümumşəhər tədbiri keçirilib. Tədbirdə rəsmilərlə yanaşı, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş hərbi qulluqçuların adlarının əks olunduğu abidə ziyarət edilib. Daha sonra şəhidlərin fotoşəkillərinin əks olunduğu lövhəyə baxış keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

27 Sentyabr – Anım Gününə həsr olunmuş ümumşəhər tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Tədbirdə bildirilib ki, 27 sentyabr 2020-ci il Azərbaycanın 30 illik işğala son qoyulmasına və tarixi Zəfərə aparan yolun başlanğıcı olub. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək torpaqlarımızın işğaldan azad olunmasını təmin edib. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi ilə Zəfərin əsas mərhələsi tamamlanıb.

Qeyd olunub ki, 27 Sentyabr – Anım Günü Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. Şəhidlərin qəhrəmanlığının gələcək nəsillər üçün Vətənə sədaqət, mərdlik və fədakarlıq nümunəsi kimi yaşayacağı vurğulanıb.

Daha sonra din xadimi tərəfindən Vətən uğrunda canından keçmiş şəhidlərin ruhuna dualar oxunub.

Saat 12:00-da Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri “Əbədi məşəl” abidəsinin önünə və şəhid məzarları üzərinə gül dəstələri qoyaraq şəhidlərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Həmçinin Anım Günü çərçivəsində Heydər Əliyev Park-Kompleksi ərazisində ağacəkmə aksiyası keçirilib, Gəncə Memorial Kompleksi ziyarət olunub.

Müxbir - Elcan Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see241

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see239

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see219

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see212

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see212

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see210

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see209

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see203

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see188

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see184

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see183

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see182

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see180

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see180

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see176

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see175

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see171

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see168

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see167

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri