Gəncədə daha bir xəstəxana rəhbəri vəzifəsini itirdi
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
0:00 / 0:00x1
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə etGəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) tabeliyində olan tibb müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib.
Qaynarinfo gencexeber.az-a istinadən xəbər verir ki, Akademik Zülfüqar Məmmədov adına xəstəxananın rəhbəri Turanə Rüstəmovanın əmək müqaviləsinə xitam verilib.
Bir müddət əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri tərəfindən Gəncədə bir sıra xəstəxana və poliklinikalarda yoxlamalar aparılıb. Rəhbərin vəzifədən azad edilməsinin həmin yoxlamalarla əlaqəli olduğu ehtimal edilir.
Qeyd edək ki, Turanə Rüstəmova ixtisasca reanimatoloq-anestezioloqdur. O, xəstəxananın rəhbəri vəzifəsinə təyin olunana qədər həmin tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsində çalışıb.
Bundan əlavə, bir müddət əvvəl Gəncədəki Abbas Səhhət adına xəstəxananın rəhbəri İlqar Əliyev, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının inzibati işlər üzrə direktor müavini Yalçın Babayev, eləcə də Zülfüqar Məmmədov adına xəstəxananın Endokrinologiya şöbəsinin müdiri Sevda Əsgərova da vəzifələrindən azad ediliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 24 Noyabr 2026 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















