Icma.az
close
up
RU
Gəncədə dairə sədri 16 il vətəndaşdan xəbərsiz adına maaş yazıb, mənimsəyib. ŞOK MAXİNASİYA

Gəncədə dairə sədri 16 il vətəndaşdan xəbərsiz adına maaş yazıb, mənimsəyib. ŞOK MAXİNASİYA

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, ev 175-də yaşayan Hacıyev Faiqin Eyyub oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 16 il adına maaş yazılıb, özü bundan xəbərsiz olub:

“Mən, Hacıyev Faiqin Eyyub oğlu yazaraq xahiş edirəm ki, başıma gələn bu hadisəni işıqlandırasınız.

Bildirim ki, 29.10.2024-cü il tarixində “Hurriyyet TV”-nin verilişindı Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, ev 175-də yaşayan Hacıyev Faiqin, yəni mənim adım çəkildiyindən sizə yazılı müraciət edirəm.

Bildirirəm ki, həqiqətən də DSK sədri Elbar Əhmədov məni 2008-ci ilin yanvar ayının 7-dən sədr olduğu 40-cı dairəyə (keçmiş 39-cu dairə) işə götürsə də, heç vaxt o dairədən maaş almamışam. Sizin verilişdən sonra DSK-nınn baş mühasibi, Elbar Əhmədovun yeznəsi mənə müraciət edərək bildirdi ki, gəl müqaviləni yeniləyək. Bu zəngdən sonra öyrəndim ki, həqiqətən də 2008-ci ildən bu günə qədər Elbar Əhmədovun sədri olduğu 40-cı dairədə gözətçi vəzifəsində işləyirəm.

Bu səbəbdən, müsahibə iradımı bildirib, “haqqımı yemisiniz” dedikdə, mənə cavab verdi ki, “kim istəyir gəlib yoxlasın, mənim əlimdə sənin maaş kartın olmayıb”.

Belə çıxır ki, Şəmkir rayon Polis İdarəsinin maliyyə şöbəsinin 34 yaşlı milyonçu müdiri - mayor Sabirov Sabirin və dairə sədri olan Elbar Əhmədovun gəlirinin bir hissəsi belə işlərdən gəlirmiş. Hətta belə fikirləşirəm ki, mənim kimi zərərçəkən heç də az deyil. 16 il müddət 16 ay, yaxud da 16 gün deyil. Bəs, neçə olur ki, bu müddət ərzində həmin məsələdən yuxarı qurumların xəbəri olmur?!

Bildiyiniz kimi, kart dəyişildikdə mütləq maaş alan şəxsin özü bəzi sənədlərə qol çəkməlidir. Mənim üçün maraqlıdır ki, bu prosesi necə ediblər?

Mən məsələ ilə bağlı şəxsən MSK sədri Məzahir Pənahova müraciət edirəm. Sual edirəm ki, DSK sədrinin maxinasiyalarından, yəni başqalarının kartını özündə saxlamasına, bütün yaxın qohumlarını təkcə öz sədri olduğu dairəyə deyil, eləcə də digər dairələrə yerləşdirməsinə MSK sədri Məzahir Pənahov niyə göz yumub”?

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin mətbuat xidmətinin əməkdaşı Aynur Osmanqızı ilə əlaqə saxladıq. O bildirdi ki, bununla bağlı vətəndaşın özü şəxsən müraciət etməlidir.

Aynur xanımın bizə göndərdiyi müraciət formasını da şikayətçiyə təqdim etmişikşik. Orada qeyd olunur: “Müraciətinizin qeydə alınaraq rəsmi araşdırmaya yönləndirilməsi üçün ad, soyad, ata adı, şəxsiyyət vəsiqənizin FİN kodu, faktiki yaşadığınız ünvan, əlaqə nömrəsi və müraciətinizin mətnini tam formada qeyd edərək [email protected]  elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Tələb olunan məlumatları qeyd etmədiyiniz halda, müraciətinizin cavablandırılması mümkün olmayacaq.

Qeyd etdiyiniz məlumatlar əsasında müraciətiniz rəsmi qeydiyyata alınıb araşdırılaraq cavablandırılacaq. Müraciətiniz üçün təşəkkür edirik.

Həmçinin, istənilən DOST Mərkəzinə yaxınlaşa bilərsiniz”.

Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Mövzunu davam etdirəcəyik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Dekabr 2024 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see515

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see213

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see199

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see155

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see145

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see144

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri