Icma.az
close
up
RU
Gəncədə “Erisioni” mahnı və rəqs ansamblının konserti oldu Fotolar

Gəncədə “Erisioni” mahnı və rəqs ansamblının konserti oldu Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan və Gürcüstan Mədəniyyət nazirliklərinin, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin və Gürcüstanın Gəncə şəhərindəki Baş Konsulluğunun dəstəyi ilə “Erisioni” Gürcüstan Dövlət Akademik Mahnı və Rəqs Ansamblının konsert proqramı təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, şəhərdə fəaliyyət göstərən universitetlərin rektorları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edən Niyazi Bayramov Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edib: “Ölkələrimiz arasında əlaqələr siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf edir. Mədəniyyət xalqları birləşdirən və onları bir-birinə daha da yaxınlaşdıran ən güclü körpülərdən biridir”. 

Zurab Pataradze çıxışında tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib, bu cür mədəni tədbirlərin xalqlar arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını diqqətə çatdırıb. 

Daha sonra təxminən üç əsrlik zəngin tarixə malik olan “Erisioni” Gürcüstan Dövlət Akademik Mahnı və Rəqs Ansamblı gürcü xalqının musiqi və rəqs irsini özünəməxsus ifa tərzi və möhtəşəm xoreoqrafiyası ilə tamaşaçılara təqdim edib.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.








Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri