Icma.az
close
up
RU
Gəncədə “Gənc tamaşaçılar teatrı”na doğru ilk addım

Gəncədə “Gənc tamaşaçılar teatrı”na doğru ilk addım

Icma.az bildirir, 525.az portalına istinadən.

Bu günlərdə Gəncədə ədəbi və bədii yaradıcılığa meyilli bir qrup gənc şəhərin teatr aləmində marağa səbəb olan tədbiri reallaşdırıb.

525.az xəbər verir ki, “Gənc ədiblər məclisi”nin üzvü olan bu istedad sahibləri tam təmənnasız, hər hansı maliyyə əsalı layihələrdən kənar olaraq, sadəcə, öz coşqun teatrpərəst  fəaliyyətlərininin bəhrəsi kimi,  Gəncə Dövlət Kukla Teatrının tamaşa salonunda oynadıqları “Mütəfəkkirlər məhkəməsi” adlı  maraqlı bir pyesi ictimaiyyətə təqdim ediblər. Onlar həmçinin quruluşu və tərtibatı professionallar tərəfindən verilmiş bu pyesin premyerasını Gəncədə ilk dəfə sırf gənc tamaşaçılara yönəlik teatr formalaşdırılması təşəbbüsü kimi xarakterizə ediblər.

Pyesin müəllifi, gənc ədib Kamran Yusifzadə də Gəncədə yetişməkdə olan nəslin, necə deyərlər, “teatral ehtiyacı”na cavab verməyin zərurətinə toxunur.

“Bu tamaşanın müəllif, quruluş, tərtibat, eləcə də gənc, yeniyetmə  və məktəblilərdən ibarət ifa heyəti kimi, bizim iddiamız böyükdür. Düşünürük ki, bu təşəbbüsümüzlə  Gəncədə gənc tamaşaçılar teatrına doğru ilk addım atmışıq”, - deyə o bildirib.

K.Yusifzadə sözügedən tamaşanın məşq prosesinin təşkilinə görə Gəncənin Heydər Əliyev Mərkəzinə, səhnə təminatı üçün Gəncə Dövlət Kukla teatrına minnətdarlıq hisslərini də dilə gətirib.

“Gənc ədiblər”ə, o cümlədən onun teatral fəliyyətinə Gəncənin tanınan ədəbiyyatçıları da dəstəkçidirlər.

“Bu tamaşa professional və  həvəskar teatr elementlərinin vəhdətindən yaranan bir uğurdur desək, yanılmarıq. Pyes əslində, sürrüalist üslubdadır. Burada vaxt da nisbidir, obrazlar müxtəlif dövrlərdə yaşayan, müxtəlif xalqların mütəfəkkir və yazıçılarıdır. Düşünürəm ki, bu cür ədəbi priyomlar tamaşaçıya, ələlxüsus, gənclərə fikir və təhlil üçün dəyərli material verir. Peşəkar rejissorun həvəskar aktyorlarla işində əsl ustalıq göstərməsini xüsusi vurğulayıram”, - deyə yazıçı-jurnalist Nüşabə Əsəd Məmmədli bildirib.

Doğrudan da pyesin əsas süjet xətti mistik epizodlar üzərində qurulub. Baş qəhrəman - bütün əsərlərini yandırmış olan yazıçı Səfi o dünyaya köçür. Amma onun ruhu nə cəhənnəmə, nə də cənnətə daxil ola bilir. Yazıçının qəlbi və qələminin dəyəri keçmişin böyük mütəfəkkirləri – Nəsimi, Höte və Servantes tərəfindən məhkəməyə çəkilir. Amma bu mühakimə prosesində onların özlərinin fəlsəfəsi və yaratdıqları ədəbi personajlar hakimlərə qarşı çıxır və Səfinin əməllərini müdafiə edirlər. Nəhayət, ədibin ürəyi və qələmi tərəziyə qoyulur və o, cənnətə layiq görülür.

Onu da əlavə edək ki, haqqında söhbət gedən “Gənc ədiblər məclisi” bir müddət əvvəl Gəncədə şəhərin 29 nömrəli orta məktəbinin bir qrup məzun və şagirdləri tərəfindən yaradılmış “Dünyəvi Elmlərin İnkişafı İnstitutu” adlı qurumun tərkibində fəaliyyət göstərir.

Sevindirici haldır ki, artıq Azərbaycanın hər güşəsində yaşayan, özündə cəmiyyətə fayda verə bilmək qabiliyyəti hiss edən gənclər öz tərəqqipərvər təşəbbüslərini məsləkdaş və həmyaşıdları ilə reallaşdıra bilir və bu işdə dövlət qurumları və ictimaiyyətdən dəstək görürlər.

Zakir Muradov, Gəncə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Avqust 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri