Gəncədə iki gün qaz olmayacaq
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Sabahdan başlayaraq Gəncə şəhərinin bəzi ərazilərinin təbii qazla təchizatında iki gün fasilə yaranacaq. Bu barədə SİA Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, Gəncə şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz tənzimləyici və bağlayıcı qurğular quraşdırılmaqla yüksək təzyiqli kollektorun yenidən qurulması ilə bağlı iyulun 8-dən saat 09:00-dan etibarən (iki gün müddətində) iyulun 9-da işlər başa çatanadək “Gəncə 1 və 2” ölçü qovşağından və “Bağmanlar” əhali orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Gəncə şəhərinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdıqdan sonra isə bərpası planlaşdırılır.
Baxış sayı:74
Bu xəbər 07 İyul 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















