Gəncədə iki qardaşı bıçaqlamaqda şübhəli bilinən şəxsin kimliyi məlum olub YENİLƏNİB
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Gəncədə iki qardaşı bıçaqlamaqda şübhəli bilinən şəxsin kimliyi məlum olub.
APA-nın yerli bürosunun məlumatıma görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs Gəncə şəhər sakini, 2001-ci il təvəllüldü Fərid Qurbanovdur.
Belə ki, Fərid Qurbanov aralarında baş verən mübahisə zamanı 1999-cu il təvəllüdlü Dilsuz Qazıyevi və onun qardaşı 1993-cü il təvəllüdlü Vüqar Qazıyevi bıçaqlayıb.
Hazırda hadisəni törədən şəxsin yerinin müəyyən olunması istiqamətində axtarışlar davam etdirilir.
***
01:33
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü V. Qazıyev döş qəfəsinin kəsilmiş deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 23 İyul 2025 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















