Icma.az
close
up
RU
Qurban Qurbanov oyunçu dəyişikliklərində ciddi səhvlərə yol verir Tanınmış idman eksperti

Qurban Qurbanov oyunçu dəyişikliklərində ciddi səhvlərə yol verir Tanınmış idman eksperti

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

""Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində "Ayaks"a məğlubiyyəti bir çox azarkeşləri dərindən üzdü. Əslində bunu biz bir futbol mütəxəssisi, futbol eksperti kimi deyə bilərik ki, bu görüntü bir çoxlarına qəribə gəlsə də, məndə çox xoş təəssürat yaratdı. Nə üçün? Təsəvvür edin, 10 il əvvəl biz UEFA Çempionlar Liqasında "Ayaks" kimi köklü klubla matça favorit qismində çıxırıq. Yəni "Qarabağ" artıq azarkeşlərə bunu inandıra bilib. Bu, çox önəmli detaldır. Bu baxımdan, bu pəncərədən baxanda həqiqətən də adama xoş gəlir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında "CBC Sport" kanalının "Türkiyədən futbol" verilişinin aparıcısı, tanınmış futbol eksperti Elçin Cəfərov bildirdi.

Onun sözlərinə görə, əsas mərhələdə elə-belə komanda olmur:

"Oyuna konsentrasiyanı anidən itirmək və eyni zamanda meydançanın yarımmüdafiə mərkəzindəki boşluğu sürətli keçidləri ilə "Ayaks"a vermək çox təhlükəli epizodlarla yadda qaldı. "Ayaks" məhz bu amilə xüsusi diqqət yetirməli idi. Belə qarşılaşmalarda ani boşluq və oyuna köklənmədə yaranan müəyyən problemlər ciddi məğlubiyyətlə nəticələnə bilər.

Təsəvvür edin, 10 dəqiqə içində bilinmədi ki, nə baş verdi və "Ayaks" o boşluqları maksimum şəkildə dəyərləndirdi. Bu da onu göstərdi ki, hesabın necə olmasından asılı olmayaraq sona qədər mübarizə aparmaq lazımdır. Təbii ki, bu məğlubiyyətin səbəbləri sırasında oyunçu dəyişikliklərinin yerində olmaması da rol oynadı. Ümumiyyətlə, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk kimi Qurban Qurbanov da oyunçu dəyişikliklərində ciddi səhvlərə yol verir. Bundan əvvəlki illərdə də Avrokubok qarşılaşmalarında bu cür təcrübələri yaşamışıq, görmüşük. Bu baxımdan, bu oyunda edilən dəyişikliklər komandanın hücum fazasında topa sahib olma faizini kifayət qədər aşağı saldı. Bu da hücumun effektivliyinə ciddi təsir göstərdi".

Müsahibimiz "Qarabağ"ın oyunçusu Nəriman Axundzadənin dünənki oyunu və futbol azarkeşlərinin ona olan aqressiyasından da bəhs etdi:

"Nəriman Axundzadə, əslində, "Qarabağ" səviyyəsində bir oyunçu deyil, yəni top klub səviyyəsində bir oyunçu deyil. Amma çox şanslı futbolçudur, çünki Qurban Qurbanov kimi bir mütəxəssisin rəhbərliyi altında çalışır. Mən deyərdim ki, o, bu günə qədər "Benfika"ya vurduğu qolun “çörəyini yeməkdədir". Çünki Qurban Qurbanov ondan istədiyini əvvəlki matçlarda almışdı. Azarkeşlər ondan qol və dribblinq gözləyir, lakin Nəriman meydanda fərqli işlər görür: topsuz oyundakı iştirakı, rəqibə edilən basqı və sair. Bundan əvvəlki matçlarda bunun öhdəsindən layiqincə gəlmişdi. Amma dünən Nərimanın daha zəif formaya düşməsinə oyunçu dəyişiklikləri də təsir etdi. Necə? Təsəvvür edin, biri var Leandro Andrade və Kadi Borgeslə oynayasan, biri də var Kaşukla eyni tandemi təşkil edəsən. İtirilən toplar, dəqiqliyi olmayan ötürmələr, bütün toplar rəqibin müdafiə zonasına, "Ayaks"ın futbolçularına gedirdi. Bu baxımdan, mən Nərimanı bu qarşılaşmada ciddi şəkildə günahlandırmazdım. Çünki həmin vaxt komanda topa sahib olan kollektiv deyildi. Təbii ki, Nəriman elə fitri istedada malik deyil ki, komandanın çətin anında oyun üstünlüyünü öz üzərinə götürsün və keçidlərlə komandasına üstünlük qazandırsın. Amma burada əsas diqqət edilməli məqam onun yanında oynayan oyunçuların da uğursuz çıxışı idi".

Ekspert vurğuladı ki, aylardır danışılan “Nəriman", "hücumçu transferi", "Nəriman niyə oynayır?” kimi fikirlər istər-istəməz bütün mental tənqid oxlarını Nərimanın üzərində cəmlədi:

"Amma bütün bunlara baxmayaraq, Yankoviç çox zəif oynadı. Mən deyərdim ki, Kaşuk ümumiyyətlə oynamasa, daha yaxşı idi. Qurban Qurbanovun yorğun Leandro Andrade və Camilo Durana üstünlük verməsi daha effektli olardı. Bütün bu amillər nəticəsində tənqidlərin hədəfi yenə Nəriman oldu və bu, ona psixoloji baxımdan ciddi mənfi təsir göstərdi. Qurban Qurbanov onun meydanda nələr etdiyini yaxşı bilir. Bundan əvvəlki matçlarda ondan istədiyini də almışdı: “qara işlər”, pressinq, basqı və sair. Bütün bunları nəzərə aldıqda bu uğursuzluq fonunda diqqətin Nəriman üzərinə yönəlməsi qaçılmaz idi".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Dekabr 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see171

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see146

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see138

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri