“İkinci dünya müharibəsindən sonra yaranmış siyasi nizam iflasa uğrayacaq”
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
“Döyüşüb ərazi itirmək, sülh naminə ərazi güzəştindən üstündür. Qərb Ukraynanı ərazi güzəştinə məcbur edib, buna nail olsalar güc yolu ile sərhədlərin dəyişməsi presedenti yaranacaq. Bununla da ikinci dünya müharibəsindən sonra yaranmış siyasi nizam iflasa uğrayacaq”.
Gununsesi.info bildirir ki, bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:
O fikrincə. Rusiya taktiki üstünlük əldə edib, növbəti işğal siyasətinə başlayacaq.
“Həmçinin digər regionlarda ərazi münaqişələri başlayacaq. ABŞ Ukraynanı ərazi güzəştinə məcbur etməsi və bəzi Avropa ölkələri bu planı dəstəkləməsi Qərbin rüsvayçı şəkildə Rusiya qarşısında məğlubiyyəti olacaq.
Döyüşüb ərazi itirə bilərsən, onunla barışmayıb bir müddətdən sonra, yenidən ərazilərini döyüşüb, qaytara bilərsən, amma sülh üçün ərazi güzəştinə getmək məğlubiyyət və rüsvayçılıqdı.
Rusiya kimi aqressor və bir imperialist ölkəyə ərazi güzəşti sülh gətirməyəcək, yeni faciələrə və işğallara zəmin yaradacaq.
D. Tramp V. Putinin Sibirin yeraltı sərvətlərini birgə işlədilməsini təklif edib. D. Tramp bunun müqabilində bu rüsvayçı güzəştə razıdır”.
Firuzə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 11 Dekabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















