Icma.az
close
up
RU
Gəncədə konfrans: “Aprel döyüşləri Zəfər yolu”

Gəncədə konfrans: “Aprel döyüşləri Zəfər yolu”

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gəncə, 4 aprel, AZƏRTAC

YAP Gəncə şəhər təşkilatının və Gəncə Dövlət Universitetinin (GDU) birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilmiş “Aprel döyüşləri – Zəfər yolu” adlı elmi-praktiki konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra Aprel döyüşlərini əks etdirən videoçarx nümayiş olunub.

GDU-nun rektoru Yusif Yusibov çıxış edərək Aprel döyüşlərinin tarixi əhəmiyyəti haqqında danışıb. Bildirib ki, Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən tarixi Aprel döyüşlərindən 10 il ötür. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi ardıcıl təxribatlara cavab olaraq həyata keçirilən əks-hücum əməliyyatı nəticəsində Azərbaycan Ordusu mühüm hərbi-strateji uğurlar əldə edib. Döyüşlər zamanı Silahlı Qüvvələrimiz düşmənə sarsıdıcı zərbələr endirib, onun canlı qüvvəsini və hərbi texnikasını məhv edib. Rektor onu da vurğulayıb ki, Aprel döyüşləri böyük Zəfərin – İkinci Qarabağ müharibəsi zamanı qazanılan tarixi Qələbənin əsasını qoyub. On il əvvəl Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin çox hissəsinin azad edilməsi və mühüm hərbi-strateji yüksəkliklərdə sancılan üçrəngli bayrağımız millətimizin haqq mübarizəsindəki qələbəsinin başlanğıcı olub. Bu uğurun əldə olunmasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, güclü diplomatik fəaliyyət və müasir ordu quruculuğu xüsusi rol oynayıb.

Milli Məclisin deputatı, GDU-nun Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə çıxış edərək Aprel döyüşlərində xalqımızın qəhrəmanlıq salnaməsindən danışıb. Bildirib ki, bu döyüşlər həm də illərlə aparılan uğurlu ordu quruculuğunun, müasir texnologiyaların tətbiqinin və peşəkar kadr hazırlığının nəticəsi idi. Ən əsası isə, bu qələbə xalq–ordu birliyinin sarsılmaz olduğunu nümayiş etdirdi. Aprel döyüşləri bir daha göstərdi ki, xalqımız öz torpaqlarını qorumağa hər zaman hazırdır və milli birlik ən böyük güc mənbəyidir.

Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Azərbaycan xalqının əldə etdiyi böyük Qələbənin əsasının məhz Aprel döyüşləri ilə qoyulduğunu xüsusi ilə qeyd edərək bildirib ki, Vətən müharibəsində nümayiş olunan xalq-dövlət-ordu birliyi, uzun illərin işğalından sonra geri qaytarılan torpaqlar məhz on il əvvəl başlanılan hərbi əməliyyatların nəticəsi idi.

Daha sonra Aprel döyüşləri qazisi Bəxtiyar Feyruzi “Aprel döyüşləri Vətən müharibəsinin bir parçası” mövsusunda çıxış edərək döyüş xatirələrini bölüşüb.

Konfransda Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyevin “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyevin “Şanlı və uğurlu Aprel döyüşlərindən 10 il ötür”, GDU Tələbə Gənclər Təşkilatının (TGT) sədri İsrafil Abbasovun “Aprel Zəfəri” mövzularında məruzələri dinlənilib.

Daha sonra Tarix və coğrafiya fakültəsinin tələbəsi Sücayət İsmayılova “Zəfər Bayrağı” şeirini səsləndirib. Tədbir Gəncə Dövlət Universitetinin Musiqi fənləri kafedrasının hazırladığı “Qarabağ Azərbaycandır” adlı ədəbi-bədii kompazisiya ilə başa çatıb.

Müxbir - Elcan Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Aprel 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri