Zəfər səlnaməsinə yol açan Aprel döyüşləri Yeni Gündəm
Icma.az bildirir, Yenigundem portalına istinadən.
Müstəqil Azərbaycan Ordusunun tarixinə qızıl hərflərlə yazılan zəfər səlnamələrindən biri olan Aprel döyüşlərindən artıq doqquz il ötür.
2016-cı ildə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş vermiş Aprel döyüşləri Azərbaycan Ordusunun inamlı qələbəsi ilə başa çatdı. Qazanılmış bu qələbə həmçinin Ordumuzun gücünü və yüksək döyüş hazırlığını bütün dünyaya nümayiş etdirdi. Bu qələbə Azərbaycan Ordusunun daha böyük uğurlar qazanmasına zəmin yaratdı və 2020-ci ildə baş vermiş Vətən müharibəsində əldə olunan tarixi qələbənin mühüm başlanğıcı oldu.
Bu gün şəhidlərimizin ruhu şaddır. Onların uğrunda canlarından keçdikləri torpaqlarımız azaddır. Ərazi bütövlüyümüz bərpa olunub və suverenliyimiz tam təmin edilib, üçrəngli bayrağımız bütün ərazilərimizdə dalğalanır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Fatma Yıldırım
Millət vəkili
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 03 Aprel 2025 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















