Icma.az
close
up
RU
Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gəncə, 17 oktyabr, AZƏRTAC

Gəncə Dövlət Universitetinin (GDU) nəzdindəki Regional Kollecdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illik yubileyi münasibətilə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Nizami Gəncəvi Muzeyi və GDU nəzdində Regional Kollecin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi dahi şairin zəngin ədəbi irsinin təbliği, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin Azərbaycan ədəbiyyatına marağının artırılması olub.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Çıxış edənlər dahi şairin zəngin yaradıcılığından, onun dünya ədəbiyyatındakı mövqeyindən bəhs ediblər. Qeyd edilib ki, Azərbaycanın klassik ədəbi-mədəni irsinə daim milli təəssübkeşlik mövqeyindən yanaşan Ulu Öndər Heydər Əliyev Nizami irsinə xüsusi diqqət göstərib və bu sahədə mühüm dövlət siyasətinin əsasını qoyub.

Bildirilib ki, dahi şairin əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən qiymətli incilərindəndir. Nizami Gəncəvinin yaradıcılığı gənc nəslin mənəvi tərbiyəsində, humanist dəyərlərin aşılanmasında, elm və biliyə marağın artırılmasında mühüm rol oynayır. İnsanları əxlaqi kamilliyə çağıran mütəfəkkir şair ölməz “Xəmsə”si ilə dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır.

Qeyd olunub ki, Heydər Əliyev Fondu tərəfindən Nizaminin “Xəmsə”sinə daxil olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” poemaları Azərbaycan dilində ilk dəfə bir kitab şəklində nəşr edilib.

Konsert proqramında Regional Kollecin Qənbər Hüseynli adına İnstrumental Ansamblı tərəfindən Nizami Gəncəvinin yaradıcılığından qaynaqlanan bədii və musiqi nümunələri təqdim olunub.

Müxbir - Elcan Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri