Icma.az
close
up
RU
Alimlər Gəncədə Nizami Gəncəvi irsinin aktual problemlərini araşdırıblar

Alimlər Gəncədə Nizami Gəncəvi irsinin aktual problemlərini araşdırıblar

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gəncə, 2 noyabr, AZƏRTAC

Gəncədə Azərbaycan və dünya nizamişünaslığının aktual problemlərinə həsr olunmuş II Beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin və Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Konfransda Azərbaycan, Türkiyə, Özbəkistan, İran, Livan, Hindistan, Litva, Pakistan, Almaniya və Rusiyanın Kalmıkiya Respublikasından alim və tədqiqatçılar iştirak ediblər. Konfransdan əvvəl iştirakçılar Gəncədə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra AMEA-nın Gəncə Bölməsində təşkil olunan, elmi tədqiqatları və nizamişünaslıq sahəsində əldə edilmiş nailiyyətləri əks etdirən sərgi ilə tanış olublar.

Tədbirin açılışında Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirakçılara AMEA-nın Gəncə Bölməsi tərəfindən hazırlanmış film nümayiş etdirilib.

AMEA Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açılış nitqində Ulu Öndər Heydər Əliyevin Azərbaycan klassiklərinin irsinin dərindən öyrənilməsinə və təbliğinə xüsusi önəm verdiyini, Nizami Gəncəvinin yaradıcılığının milli-mənəvi dəyərlərimizin qorunmasında mühüm yer tutduğunu vurğulayıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov Nizami irsinin tədqiqi və təbliğində dövlət səviyyəsində göstərilən diqqətin əhəmiyyətini qeyd edib.

AMEA-nın Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini dosent Əlimuxtar Muxtarovun moderatorluğu ilə plenar iclas keçirilib. İclasda Azərbaycan və xarici ölkələrin elm və təhsil müəssisələrini təmsil edən alimlər Nizami yaradıcılığının müxtəlif aspektlərinə dair məruzələrlə çıxış ediblər.

Məruzələrdə Nizami irsinin Türk dünyası ilə əlaqələri, Şərq ədəbiyyatındakı yeri, digər şairlərin yaradıcılığı ilə ədəbi əlaqələri, təsəvvüf və irfan motivləri, humanizm və multikultural dəyərlər, eləcə də rəqəmsal humanitar elmlər kontekstində yeni tədqiqat imkanları diqqət mərkəzində olub.

Plenar iclasdan sonra konfrans səkkiz bölmə üzrə işini davam etdirib. Bölmələrdə Nizami Gəncəvinin Türk dünyası, Azərbaycan şifahi xalq ədəbiyyatı və dünya ədəbiyyatı ilə əlaqələri, yaradıcılığında din, irfan, incəsənət və bəşəri dəyərlər, həmçinin müasir rəqəmsal elmi mühitdə nizamişünaslığın yeni istiqamətləri araşdırılıb.

Qeyd edək ki, konfransa qəbul olunan 251 elmi məqalə ümumilikdə 1250 səhifə həcmində dörd cilddə nəşr edilərək iştirakçılara təqdim olunub.

Beynəlxalq elmi konfrans çərçivəsində iştirakçılar Nizami Gəncəvinin məqbərəsini, Nizami Gəncəvi Muzeyini və şəhərin tarixi məkanlarını ziyarət ediblər.

Müxbir - Elcan Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Noyabr 2026 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri