Icma.az
close
up
RU
525 ci qəzet Gəncədə Nizami Gəncəvi Muzeyinin yaradılmasının 10 illiyi qeyd olunub

525 ci qəzet Gəncədə Nizami Gəncəvi Muzeyinin yaradılmasının 10 illiyi qeyd olunub

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şeyx İlyas Yusif oğlu özünə Nizami təxəllüsünü əbəs yerə seçməyib. O, əsərləri ilə dünyanın ilahi nizam qanunlarını müfəssəl izah etməklə və insanlığı bu nizama çağırmaqla həmin adı alıb. Böyük "nizam strateqi" Nizami Gəncəvi, bizim xasiyyət, şəxsi keyfiyyət, eləcə də cəmiyyətdəki  mövqelərimizdən asılı olmayaraq, mütləq şəkildə hər birimizin qəlbində müqəddəs bir nur damlası kimi qərar tutub və həmin nur zərrəsi ən ziddiyyətli anlarda belə hər birimiz üçün nizamlayıcı enerji rolu oynaya bilər. Nizamini dərk edən, onun əsərlərini oxuyan insan heç vaxt bədbəxt ola bilməz. Çünki bu ulu şəxsiyyət bəşəriyyətin hələ yeni-yeni öz orta çağlarına qədəm qoyduğu bir dönəmdə fenomenal nəzəri bilgi və əməli nizam üsullarını öz əsərlərində, həm də gözəl poetik dillə, insana təlqin edib. Onun əsərlərində verdiyi   yaradanla yaradılışın, təbiətlə insanın, canlı aləmlə maddiyyatın,  fikir ilə davranışın harmoniyası məsələlərini bütün dövrlər üçün, bütün dövrlərdə yaşayan insanlar üçün keçərli olan "optimal proqram" hesab etmək olar.

Son zamanlar Azərbaycan ictimai aləmində bu mətləbləri özündə daşıyan “Nizami aurası” daha da güclənib desək, yanılmarıq. Bu kütləvi mənəvi fenomen heç şübhəsiz, millətimizin qürurunu özünə qaytaran 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə əldə edilən şanlı Zəfərimizlə də bağlıdır.

Prezident İlham Əliyev bu tarixi qələbədən sonrakı ili dahi şair və mütəfəkkirimizin adı ilə bağladı. 2021-ci ilin Azərbaycanda "Nizami Gəncəvi ili" elan edilməsi zəfər sevinci yaşayan və əməllərində dahi mütəfəkkirin ümumbəşəri tərəqqi ideyalarınıa sadiq millətimizdə böyük ruh yüksəkliyi üçün yeni stimul vermiş oldu.

Dahi mütəfəkkirin irsi və onun müasir dövrün çağırışları ilə səsləşməsi məsələləri Gəncədə yaradılmasının 10 ili tamam olan Nizami Gəncəvi Muzeyində  mütəmadi keçirilən müxtəlif tədbirlərin də mahiyyətində öz əksini tapır.

Böyük şairimizin məqbərəsi yaxınlığında Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan muzeyin on illiyinin qeyd edilməsi tədbirinə  Gəncənin və ətraf bölgələrin ziyalı mühitinin nümayəndələri qatılmışdılar.

Muzeyin və Gəncə-Daşkəsən Regional İnarəsinin birgə təşkil etdiyi tədbirin İştirakçıları dahi şairin məzarını ziyarət etdikdən sonra bu təsisatın tarixçəsinə dair sərgiyə baxıb və buradakı eksponatları seyr ediblər.

Yubiley tədbirinin aparıcısı, Əməkdar Mədəniyyət işçisi, uzun müddət bu sahədə çalışmış, şair və publisist Bəxtiyar Muradov muzey gəzintisi zamanı onlara bələdçilik edib.

“Dahi şairin 870 illiyi münasibətilə Nizami Gəncəvi Məqbərəsinin ərazisində müasir uslubda 4 mərtəbəli bina inşa edilmişdir. Binada 493 kvadrat metrlik ekspozisiya zalı, 12 otaq, 80 nəfərlik konfrans zalı və bir kafe vardır . 2014 cü ilin yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gəncə şəhərinə növbəti səfəri zamanı Muzeyin yeni binasının açılış mərasimində iştirak etmişdir. Muzeyin Nizami  Məqbərəsinin yaxınlığında tikilməsi bura gələn turistlərə həm məğbərəni ziyarət etməyə, həm də şairin həyat və yaradıcılığı barədə geniş məlumat öyrənməyə imkan verir. Burada şairin  yubleyləri münasibətilə nəşr olunan kitab və elmi nəşrlər nümayiş etdirilir.

Muzeydə dahi şairimizin yaradıcılığına dair Avstriya, Rusiya, Almaniya, Britaniya milli kitabxanalarında, həmçinin Misirin İsgəndəriyyə, Fransanın Strasburq kitabxanaları və ABŞ- ın Metropoliten muzeyində qorunan nadir “ Xəmsə “ əlyazmalarının və əsərlərinə miniatürlərin orijinalları və nüsxələrindən, eləcə də digər qiymətli kitablardan  ibarət xüsusi bölmə  yaradılmışdır. Nizami Gəncəvi Muzeyində ümumən 547 eksponat var. Onlardan 447-si ekspozisiyada daimi nümayiş etdirilir”- deyə, B. Muradov məlumat verib.

Sonra muzeyin konfrans salonunda “Nizami Muzeyi - yeni məkanda  10 il” adlı yubiley toplantısı olub.

Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA-nın Gəncə Bölməsinin sədr müavini, nizamişünas, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov Muzeyin yaradılmasının 10 illiyi münasibətilə təbriklərini çatdırıb. O, çıxışında dahi şair və mütəfəkkir Nizami Gəncəvinin irsinin öyrənilməsi və Nizami fəlsəfəsinin milli-ideoloji məsələ halına gətirilməsinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu mənəvi strategiyanın gələcəkdə azad və müstəqil yaşamaq üçün azərbaycanlıların tərəqqipərvər dünyagörüşünün formalaşdırılmasında böyük rol oynadığını vurğulayıb. Ə. Muxtarov Ümummilli Liderin təşəbbüsləri ilə ötən əsrin 70-ci illərindən respublikamızda klassik ədəbi irsimizin öyrənilməsi baxımından keyfiyyətcə yeni mərhələnin başladığını, bu xüsusda  1979-cu il 6 yanvar tarixli "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında", 1981-ci ilin avqustunda isə Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında verilən  qərarların filologiya, xüsusən nizamişünaslıq elmimizdə əsaslı dönüş yaratdığını qeyd edib.

Ə. Muxtarov Ulu Öndərin milli-mənəvi intibahımızın vacibliyi xəttinin davamı ənənəsi kimi,   Prezident  İlham Əliyevin 2011-ci ildə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin geniş şəkildə qeyd olunması haqqında  Sərəncam imzaladığını, dövlətimizin başçısının tapşırıqlarına əsasən dahi şairin doğma şəhərində də muzeyinin inşa olunduğunu qeyd edib, eləcə də Nizaminin anadan olmasının 880 illiyi münasibətilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan etdiyini vurğulayıb.

Ə.Muxtarov Nizami Gəncəvi Muzeyinə dahi şairin Türkiyədəki Azərbaycan Mədəniyyəti Mərkəzinin dəstəyi ilə türk dilində çap olnmuş “İskəndərnamə”kitabını və AMEA-nın Gəncə Bölməsinin elmi nəşri olan “Nizamişünaslıq” jurnalının son nömrəsini hədiyyə edib.

Dahi Nizaminin söz və fikir dünyası haqda Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin şöbə müdiri Əməkdar Mədəniyyət işçisi, şair Xəzangül Hüseynova, Gəncə Dövlət Universitetinin biologiya kafedrasının dosenti Günay Sadıqova, AMEA-nın Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun  ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru  Ruziyə Quliyeva, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu Nizami Gəncəvi Məqbərə Kompleksinin filial müdiri  Gülnarə İsmayılova, Azərbaycan Yazıçılar Birliyinin üzvü  Zülfüyyə Yaqub çıxış ediblər.

Tədbir Gəncənin musiqi və orta təhsil məktəblərinin gənc istedadlarının, eləcə də saz və söz ustalarının maraqlı konsert nömrələri ilə müşayiət olunub.

Zakir Muradov, Gəncə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Fevral 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri