Gəncədə “PAŞA Bank”ın “Bilik səfəri” regional inkişaf layihəsinə qeydiyyat davam edir
Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sosial məsuliyyətli vətəndaş olan “PAŞA Bank” Gəncə şəhərində həyata keçirəcəyi “Bilik səfəri” regional inkişaf layihəsinə iştirakçı qeydiyyatını davam etdirir.
Bankın korporativ sosial məsuliyyət proqramı çərçivəsində reallaşdırılan bu regional inkişaf təşəbbüsü müasir əmək bazarının tələbi olan sahələr üzrə yeni mütəxəssislər yetişdirməyi hədəfləyir. Layihə ilkin olaraq Gəncədə baş tutacaq. Proqrama əsasən, 70 nəfər informasiya texnologiyaları və əlaqə mərkəzi sahələri üzrə təlim proqramına qoşulacaq. Təlimlərdə bakalavr təhsilinin son ilində olan tələbələr və məzunlar, magistr tələbələri, eləcə də artıq püxtələşmiş və 10 ilə qədər iş təcrübəsinə malik şəxslər iştirak edə biləcək.
Layihə çərçivəsində peşəkar təlimçilər tərəfindən xüsusi tədris proqramları və intensiv təlim sessiyaları təşkil ediləcək. Ümumilikdə 3 ay davam edəcək proqram iştirakçıların əmək bazarında tələb olunan bilik və bacarıqlarını inkişaf etdirəcək.
Maraqlanan şəxslər “PAŞA Bank”ın rəsmi platformalarında yerləşdirilən link vasitəsilə qeydiyyatdan keçər bilərlər:
IT sahəsi üzrə: https://pshb.az/45u6Gx0 Əlaqə mərkəzi sahəsi üzrə: https://pshb.az/4fEOUMs“Bilik səfəri” layihəsi üzrə müraciətlərin qəbulu 25 avqust 2025-ci il tarixinədək davam edəcək.
Qeyd edək ki, “PAŞA Bank” fəaliyyətə başladığı ilk gündən ölkədə insan kapitalının inkişafını, peşəkar biliklərin paylaşılmasını və regional potensialın gücləndirilməsini hədəfləyən onlarla uğurlu layihə həyata keçirib. Bank bu istiqamətdə uzunmüddətli strategiyasına sadiq qalaraq gələcəkdə də bir çox gəncin təhsil və karyera imkanlarını genişləndirəcək proqramlar keçirməyi davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 18 Avqust 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















