Gəncədə şagirdlər arasında baş verən hadisə araşdırılıb AÇIQLAMA
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Redaksiyamıza Gəncə şəhəri M.A. Abbaszadə adına 20 nömrəli tam orta ümumtəhsil məktəbində bir şagirdin digərinə xəsarət yetirməsi ilə bağlı məlumat daxil olub.
Redaktor.az xəbər verir ki, bununla bağlı Gəncə-Daşkəsən Regional Təhsil idarəsindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məsələ ilə əlaqədar məktəbdə müvafiq araşdırma aparılıb: “Araşdırma nəticəsində müəyyən edilib ki, hadisə aprelin 27-də tənəffüs zamanı məktəbin həyətində şagirdlərin bir-birini ehtiyatsızlıqdan itələməsi nəticəsində baş verib.
Bununla yanaşı qeyd edirik ki, şagirdlərlə məktəbin psixoloqunun iştirakı ilə fərdi söhbətlər aparılıb, eləcə də məktəblilərin valideynlərinə mövcud vəziyyət ətraflı izah edilib”.
İdarədən həmçinin bildirilib ki, şagirdlərin sağlamlığı və təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 29 Aprel 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















