Icma.az
close
up
RU
Gəncədə şagirdlər sinif otağını dağıdıb videoya çəkdilər Ekspertdən REAKSİYA

Gəncədə şagirdlər sinif otağını dağıdıb videoya çəkdilər Ekspertdən REAKSİYA

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Şagirdlərin aqressiyası təhlükəli həddə çatıb, problem cəza ilə həll olunmayacaq

Sosial şəbəkələrdə mənfi yüklü görüntülərin qarşısının alınmasına hər nə qədər çalışılsa da, müsbət nəticə hələ də yoxdur. Dar dünyagörüşlü şəxslər təki baxış sayı çox olsun deyə hər cür hərzə-hədyan dolu videolar paylaşırlar. Bu cür paylaşımlar yeniyetmələr tərəfindən edilirsə, üstəlik də bunu edən məktəblilərdisə daha da bərbad xarakter alır. Bu günlərdə Gəncə şəhəri Nadir Hüseynov adına 38 nömrəli tam orta məktəbdə şagirdlərin aqressib davranışının görüntüləndiyi video yayılıb. Gencexeber.az-ın məlumatına görə, təhsil müəssisəsinin yuxarı sinif şagirdləri sinif otağında divardan asılmış şəkilləri yumruqla sındırmaq həvəsinə üşüb və bu hərəkətlərini videoya çəkərək paylaşıblar. Məktəbin sinif otağının qapısının təpiklənərək əzik-əzik edildiyi də görünür. Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb. Aidiyyəti qurumun mövqeyi hələ açıqlanmayıb. 

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında bildirdi ki, Gəncə şəhərində baş vermiş məlum hadisə, əslində, təkcə bir məktəbin daxili intizam qaydalarının pozulması deyil, bütövlükdə cəmiyyətimizdə şagird-məktəb münasibətlərinin, eləcə də mənəvi dəyərlərə baxışın hansı nöqtədə olduğunu göstərən siqnaldır: 

- Şagirdlərin sinif otağındakı estetik əhəmiyyət kəsb edən şəkilləri sındırması, məktəb əmlakına qarşı aqressiv davranış nümayiş etdirməsi hər şeydən öncə təhsil ocağına qarşı hörmət hissinin zəifləməsindən xəbər verir. Məktəb sadəcə divarlar və qapılardan ibarət bina deyil, bura biliklə yanaşı, həm də davranış modellərinin formalaşdığı müqəddəs bir məkandır və bu məkanda törədilən hər bir vandalizm hərəkəti təhsilin ali məqsədlərinə zərbə vurur.

Ekspert qeyd etdi ki, bu məsələyə yanaşarkən yalnız şagirdlərin cəzalandırılması ilə kifayətlənmək problemi kökündən həll etməyəcək, çünki burada psixoloji və sosioloji faktorlar ön plandadır: 

- Yuxarı sinif şagirdləri arasında bu növ davranışların kökündə bəzən özünü təsdiq etmək, diqqət çəkmək və ya daxili aqressiyanı yanlış ünvana yönəltmək meylləri dayanır. Biz təhsil ictimaiyyəti olaraq hər zaman vurğulayırıq ki, tərbiyə prosesi məktəblə ailənin sıx əməkdaşlığı üzərində qurulmalıdır; əgər gənc bir fərd dövlətin əmlakına, məktəbin müqəddəsliyinə qarşı əl qaldırırsa, deməli, onun mənəvi dəyərlər sistemində ciddi boşluqlar yaranıb.

Ə.Həsənli vurğuladı ki, məktəb rəhbərliyi və müəllim heyəti bu kimi halların qarşısını almaq üçün təkcə inzibati deyil, həm də preventiv addımlar atmalıdır. Şagirdlərdə məsuliyyət hissini aşılamaq üçün onlara məktəbi öz doğma evləri kimi hiss etdirəcək mühit yaradılmalı, psixoloji xidmətin işi daha effektiv qurulmalıdır: 

- Eyni zamanda, baş vermiş hadisə geniş ictimaiyyət tərəfindən düzgün təhlil olunmalı, gənclərə izah edilməlidir ki, fiziki gücün obyekti cansız əşyalar və ya dövlət rəmzləri deyil, quruculuq və inkişaf olmalıdır. Bu hadisə hər birimiz üçün bir çağırışdır ki, biz gələcəyimiz olan gənclərin təhsil göstəriciləri ilə yanaşı, onların vətəndaşlıq mövqeyinin və əxlaqi keyfiyyətlərinin formalaşmasına daha çox enerji sərf etməliyik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Mart 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri