Gəncədə sahibkarların təqdimat sərgisi keçiriləcək
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Gəncədə noyabrın 20–21-də keçiriləcək REGİONAL EXPO GƏNCƏ 2026-Sahibkarların Təqdimat Sərgisinə hazırlıq çərçivəsində “Turizmdə əməkdaşlıq perspektivləri” mövzusunda işgüzar görüş keçirilib.
Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Milli Məclisin deputatı Müşfiq Cəfərov, Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev, ali təhsil müəssisələrinin rəhbərləri, turizm şirkətlərinin və biznes qurumlarının nümayəndələri iştirak ediblər.
Adil Tağıyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun salamlarını çatdırıb, şəhərin sosial-iqtisadi inkişafı, biznes imkanları və regional iqtisadi fəallığın artırılması istiqamətində görülən işlərdən danışıb. O, REGİONAL EXPO GƏNCƏ 2026 kimi platformaların sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi və yeni biznes əlaqələrinin qurulması baxımından əhəmiyyətini vurğulayıb.
Müşfiq Cəfərov regional iqtisadi inkişaf, sahibkarlıq və biznes əlaqələrinin genişləndirilməsi barədə fikirlərini bölüşüb. O, regionun biznes və turizm imkanlarının yeni tərəfdaşlıqlara çevrilməsinin vacibliyini qeyd edərək sərginin Gəncədə keçirilməsinin əhəmiyyətindən danışıb.
Fariz Qarayev “Turizm dəyər zəncirində dövlət və özəl tərəfdaşlığının əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edib. Daha sonra sərginin konsepsiyası, iştirak imkanları və sahibkarlar üçün yaradılacaq biznes əlaqələri barədə məlumat verilib.
Görüşdə turizmdə dövlət-özəl tərəfdaşlığının inkişafı, regionun turizm potensialının tanıdılması, universitet-biznes əməkdaşlığının genişləndirilməsi və sahibkarların sərgidə iştirakı müzakirə olunub.
Sonda iştirakçılar Gəncə İdman Sarayında sərginin keçiriləcəyi məkanla tanış olub, sərgi zalının quruluşu və stendlərin yerləşdirilməsi imkanları barədə məlumat alıblar.
Qeyd edək ki, sərgi noyabrın 20–21-də Gəncə İdman Sarayında keçiriləcək. Məqsəd regional sahibkarları dövlət qurumları, investorlar, təhsil müəssisələri və biznes nümayəndələri ilə bir araya gətirmək, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına və regional biznesin inkişafına dəstək olmaqdır.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 29 Sentyabr 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















