Gəncədə şəhid Rəşad Ələkbərovun xatirəsi ehtiramla yad edilib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Gəncə, 12 noyabr, AZƏRTAC
Gəncə şəhərində Vətən müharibəsi şəhidi Rəşad Ələkbərovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin məzarı önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Rəşad İlqar oğlu Ələkbərov 1997-ci il sentyabrın 15-də Gəncə şəhərində anadan olub. Orta təhsilini 44 nömrəli məktəb-liseydə aldıqdan sonra 3 saylı peşə məktəbində mühasibatlıq ixtisası üzrə təhsilini davam etdirib. Hərbi xidmətini başa vurduqdan sonra videooperator kimi çalışıb.
2020-ci ilin sentyabrında Vətən müharibəsinin başlanması ilə əlaqədar yenidən hərbi xidmətə çağırılan Rəşad Ələkbərov Xocavənd rayonunun Ağoğlan qəsəbəsi, Füzuli rayonu, Şuşa şəhərinin Daşaltı kəndi və Xankəndi istiqamətində gedən döyüşlərdə iştirak edib.
Rəşad Ələkbərov 2020-ci il noyabrın 9-da Laçın dəhlizi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabrın 12-də Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, şəhidin anası Nailə Ələkbərova da Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.
Müxbir - Elcan Məmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 12 Noyabr 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















