Icma.az
close
up
RU
Gəncədə tarixi binanın fasadı Prezidentin qadağan etdiyi materialla üzlənir? RƏSMİ CAVAB VİDEO KONKRET

Gəncədə tarixi binanın fasadı Prezidentin qadağan etdiyi materialla üzlənir? RƏSMİ CAVAB VİDEO KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hazırda Gəncə Mərkəzi Şəhər Kitabxanasının binasında üzləmə işləri aparıldığına dair KONKRET.az-ın redaksiyasına şikayət daxil olub.

Şikayətçi iddia edir ki, aparılan işlər zamanı tarixi bina müasir tikinti materialı olan penoplast (istilik izolyasiyası məqsədilə istifadə edilən plastik əsaslı material) ilə üzlənir. Ancaq bu da hamısı deyil. Məlumdur ki, illər öncə Bakının Binəqədi rayonu ərazisində yanan bina da penoplastla  üzlənmişdi. Tez alışan materialı olması səbəbindən, bina bir anın içində yandı və xeyli insan həyatını itirdi. Məhz bu hadisədən sonra ölkə rəhbərliyi səviyyəsində verilən qərarla binaların fasadlarının penoplastla üzlənməsi qadağan edildi. Ancaq Gəncədəki tarixi binanın məhz bu materialla üzlənməsi haqlı narahatlıq doğurub.

Şikayətçi iddia edir ki,  bu cür materialların istifadəsi binanın tarixi simasının pozulmasına, həm də uzunmüddətli perspektivdə binanın strukturuna zərər vurmasına gətirib çıxara bilər:

Gəncənin mərkəzində yerləşən Gəncə Mərkəzi Şəhər Kitabxanası sovet dövründən qalan bir memarlıq nümunəsidir. Onun üstünü ucuz penoplastla örtmək nə dərəcədə düzgündür?”

Qeyd edək ki, Gəncə Mərkəzi Şəhər Kitabxanası şəhərin tarixi mədəniyyət məkanlarından biri sayılır.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumun sözçüsü Gülnar Fazilqızı KONKRET.az-a cavabında bildirdi ki, bu penoplastları binanın üzünə vurmurlar, əksinə sökürlər:”Bugünədək binanın üzü penoplast üzlüklə örtülüb, indi onlar sökülür. Yalnız binanın pəncərələrinin kənarlarına penoplast vurulur. Buda FHN-lə razılaşdırılmış şəkildə və təhlükəsizlik qaydalarına əməl olunmaqla həyata keçirilir. Belə ki, pəncərələrin arxasında karkas qurulur və penoplastla binanın fasadı arasında məsafə saxlanılır. Əlavə olaraq daha 6 binanın üzərində olan penoplast üzüklər söküləcək”, – deyə İcra Hakimiyyətinin sözçüsü vurğulayıb.

https://konkret.az/cloud/uploads/2025/06/WhatsApp-Video-2025-06-30-at-12.25.55.mp4

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 İyun 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see213

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see185

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see148

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see141

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see128

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri