Icma.az
close
up
RU
Gəncədə yaşayan misgər lahıçlı babasının sənətini yaşadır AZƏRTAC

Gəncədə yaşayan misgər lahıçlı babasının sənətini yaşadır AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncə, 3 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC

Gəncənin Nizami Gəncəvi prospektindən qədim karvansaraya dar bir dalan ayrılır. Bu dar dalanda, keçmişdən yadigar məkanda elə tarixin sürgəcindən keçib gələn, ata-babadan miras qalan sənət növü yaşadılır. 63 yaşlı Məhəmməd Fəhimovun kiçik emalatxanasında gah misgər kürəsindən qığılcımlar qopur, gah da zindanla çəkicin həmahəng səsi gəlir. Misdən hazırlanan güyüm, dolça, satıl, sərnic, teşt, məcməyi, sini, aşsüzən, kasa, kəfkir, qazan, çaydan, samovar və çıraqlar isə buraya yolu düşənləri ayaq saxlamağa məcbur edir.

Məhəmməd usta emalatxanasında olan AZƏRTAC-ın bölgə müxbirinə bu əl işlərini necə hazırlamasından, qədim el sənətinin sirrlərindən danışır. Deyir ki, misgərlik ona atası Soltan kişidən miras qalıb. İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olan Soltan Fəhimov ötən əsrin 50-ci illərində Gəncəyə köçüb, burada sənətkarlıqla məşğul olub. Öz atasından öyrəndiyi sənətini oğluna da öyrədərək onun nəsildən-nəsilə ötürülməsini istəyib. “Uşaq idim, hər gün atama yemək aparırdim. Bir gün babam atama dedi ki, gəl, bu uşağı yoxlayaq. Çəkici mənə verib dedi ki, al, o zindanı döyəclə. O saat hərəkətə keçdim. Bunu görən babam dedi ki, bu uşağın gələcəyi var, güclü və diqqətlidir, gör çəkici necə düz tutur. Elə o gündən atama kömək edə-edə misgərliyin incəliklərini öyrəndim".

Məhəmməd Fəhimov bildirir ki, misgərlik böyük səbir, dəqiqlik və incəlik tələb edir. Bu sənətə həvəs və maraq olmalıdır. “Mis qabların hazırlanması üçün ağır əmək sərf olunur. Hər bir əşya bir-birinə keçirilən müxtəlif hissələrdən ibarətdir, onlar qalayla yapışdırılıb üzərindən döyəclənir. Sonradan baxanlar bunu hiss etmir. Naxışlar belə həndəsi fiqurlar çərçivəsində işlənir. Məsələn, məcməyini elə düz və səliqəli işləməlisən ki, Gəncə paxlasını hazırlayanda yağ bütün qab boyu yayılsın, şirniyyatın kənarları yanmasın”, - deyən Məhəmməd usta bildirir ki, misgərlik ölkəmizdə mövcud olan ən qədim sənət növlərindən biridir. Onun yaşadılıb gələcək nəsillərə ötürülməsi olduqca vacibdir. İki oğluna da sənətinin sirrlərini öyrədən sənətkar bu işə maraq göstərən digər insanlar üçün də emalatxanasının qapısının açıq olduğunu vurğulayır. “Lahıc misgərlik sənətinin ”UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi həqiqətən qürurvericidir. Tarixən Lahıcla yanaşı, Azərbaycanın qədim yurd yerlərindən olan Gəncə, Bakı, Naxçıvan, Şamaxı da misgərlik sənətinin mərkəzlərindən sayılıb. Bizim borcumuz bu sənətə marağı artırmaq, onun itib-getməsinə izin verməməkdir”, - deyə müsahibim qeyd edir. Onun sözlərinə görə, indiyədək yüzlərlə əl işi ərsəyə gətirib. Onlar müxtəlif sərgilərdə nümayiş olunub, Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrinə satılıb. Misdən hazırlanan məhsulların qiyməti isə ölçüsündən asılı olaraq dəyişir. “Elə əl işim var ki, bir günə düzəlir. Həcmi 50-60 litr olan qazanın, eləcədə 8-10 litr su tutan samavarın üzərində 1 həftə işləyirəm. Ötən əsrdən qalan neçə-neçə məişət əşyasını da qalaylarayaq istifadəyə qaytarmışam. İnsanlara bu qabları uzunömürlü etməyin yollarını da izah edirəm. Mis qabları yuyarkən təmizləyicilərdən istifadə etmək olmaz, onlar isti su və unla təmizlənməlidir”, - deyə usta bildirir.

Xalqımızın süfrə mədəniyyətində misdən hazırlanan qabların xüsusi yeri olduğunu bildirən Məhəmməd Fəhimov bu əşyaların faydasından da bəhs edir: “Mis qabda saxlanılan su həm yaxşı dezinfeksiya olur, həm də diri suya çevrilir. Mis istiliyi tez götürür, tez də soyuyur, vaxta və yanacağa qənaətdir. Bu qablarda bişən yeməklərin dadı da ləzzətli olur”.

Məhəmməd Fəhimovun arzusu kiçik emalatxanasını günün tələbləri səviyyəsinə gətirmək, misgərlik sənətini həm yerli, həm də əcnəbi turistlərə sevdirib onlarda daha çox maraq oyatmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri