Musiqili Teatrın “Qadınım” tamaşası Gəncədə göstəriləcək AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 16-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “Qadınım” tamaşası nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun “Matryoşka” pyesi əsasında hazırlanan bu tamaşanın quruluşçu rejissoru İradə Gözəlovadır.
Səhnə əsərinin süjet xəttində sevgi və ehtiras dolu iki aşiqdən bəhs olunur.
Türk retro musiqilərinin səsləndirildiyi "Qadınım"da Əməkdar artist Nigar Şahmuradova, gənc aktyorlar Əmrah Dadaşov və Gültac Əlili, həmçinin teatrın xor və balet heyəti iştirak edəcək.
Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 13 Dekabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















