Icma.az
close
up
RU
Gəncədə yaşayan misgər lahıclı babasının sənətini yaşadır AZƏRTAC

Gəncədə yaşayan misgər lahıclı babasının sənətini yaşadır AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Gəncə, 3 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC

Gəncənin Nizami Gəncəvi prospektindən qədim karvansaraya dar bir dalan ayrılır. Bu dar dalanda, keçmişdən yadigar məkanda elə tarixin sürgəcindən keçib gələn, ata-babadan miras qalan sənət növü yaşadılır. 63 yaşlı Məhəmməd Fəhimovun kiçik emalatxanasında gah misgər kürəsindən qığılcımlar qopur, gah da zindanla çəkicin həmahəng səsi gəlir. Misdən hazırlanan güyüm, dolça, satıl, sərnic, teşt, məcməyi, sini, aşsüzən, kasa, kəfkir, qazan, çaydan, samovar və çıraqlar isə buraya yolu düşənləri ayaq saxlamağa məcbur edir.

Məhəmməd usta emalatxanasında olan AZƏRTAC-ın bölgə müxbirinə bu əl işlərini necə hazırlamasından, qədim el sənətinin sirlərindən danışır. Deyir ki, misgərlik ona atası Soltan kişidən miras qalıb. İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olan Soltan Fəhimov ötən əsrin 50-ci illərində Gəncəyə köçüb, burada sənətkarlıqla məşğul olub. Öz atasından öyrəndiyi sənətini oğluna da öyrədərək onun nəsildən-nəslə ötürülməsini istəyib. “Uşaq idim, hər gün atama yemək aparırdim. Bir gün babam atama dedi ki, gəl, bu uşağı yoxlayaq. Çəkici mənə verib dedi ki, al, o zindanı döyəclə. O saat hərəkətə keçdim. Bunu görən babam dedi ki, bu uşağın gələcəyi var, güclü və diqqətlidir, gör çəkici necə düz tutur. Elə o gündən atama kömək edə-edə misgərliyin incəliklərini öyrəndim".

Məhəmməd Fəhimov bildirir ki, misgərlik böyük səbir, dəqiqlik və incəlik tələb edir. Bu sənətə həvəs və maraq olmalıdır. “Mis qabların hazırlanması üçün ağır əmək sərf olunur. Hər bir əşya bir-birinə keçirilən müxtəlif hissələrdən ibarətdir, onlar qalayla yapışdırılıb üzərindən döyəclənir. Sonradan baxanlar bunu hiss etmir. Naxışlar belə həndəsi fiqurlar çərçivəsində işlənir. Məsələn, məcməyini elə düz və səliqəli işləməlisən ki, Gəncə paxlasını hazırlayanda yağ bütün qab boyu yayılsın, şirniyyatın kənarları yanmasın”, - deyən Məhəmməd usta bildirir ki, misgərlik ölkəmizdə mövcud olan ən qədim sənət növlərindən biridir. Onun yaşadılıb gələcək nəsillərə ötürülməsi olduqca vacibdir. İki oğluna da sənətinin sirlərini öyrədən sənətkar bu işə maraq göstərən digər insanlar üçün də emalatxanasının qapısının açıq olduğunu vurğulayır. “Lahıc misgərlik sənətinin ”UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi həqiqətən qürurvericidir. Tarixən Lahıcla yanaşı, Azərbaycanın qədim yurd yerlərindən olan Gəncə, Bakı, Naxçıvan, Şamaxı da misgərlik sənətinin mərkəzlərindən sayılıb. Bizim borcumuz bu sənətə marağı artırmaq, onun itib-getməsinə izin verməməkdir”, - deyə müsahibim qeyd edir. Onun sözlərinə görə, indiyədək yüzlərlə əl işi ərsəyə gətirib. Onlar müxtəlif sərgilərdə nümayiş olunub, Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrinə satılıb. Misdən hazırlanan məhsulların qiyməti isə ölçüsündən asılı olaraq dəyişir. “Elə əl işim var ki, bir günə düzəlir. Həcmi 50-60 litr olan qazanın, eləcədə 8-10 litr su tutan samovarın üzərində 1 həftə işləyirəm. Ötən əsrdən qalan neçə-neçə məişət əşyasını da qalaylayaraq istifadəyə qaytarmışam. İnsanlara bu qabları uzunömürlü etməyin yollarını da izah edirəm. Mis qabları yuyarkən təmizləyicilərdən istifadə etmək olmaz, onlar isti su və unla təmizlənməlidir”, - deyə usta bildirir.

Xalqımızın süfrə mədəniyyətində misdən hazırlanan qabların xüsusi yeri olduğunu bildirən Məhəmməd Fəhimov bu əşyaların faydasından da bəhs edir: “Mis qabda saxlanılan su həm yaxşı dezinfeksiya olur, həm də diri suya çevrilir. Mis istiliyi tez götürür, tez də soyuyur, vaxta və yanacağa qənaətdir. Bu qablarda bişən yeməklərin dadı da ləzzətli olur”.

Məhəmməd Fəhimovun arzusu kiçik emalatxanasını günün tələbləri səviyyəsinə gətirmək, misgərlik sənətini həm yerli, həm də əcnəbi turistlərə sevdirib onlarda daha çox maraq oyatmaqdır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri