Icma.az
close
up
RU
“Gəncəli Mübariz” xərçəngə tutuldu Vəziyyəti ağırdır

“Gəncəli Mübariz” xərçəngə tutuldu Vəziyyəti ağırdır

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Azərbaycanda çoxsaylı qətllərə görə barəsində ölüm hökmü verilən, sonradan ömürlük cəza ilə əvəz olunan və artıq 25 ildir cəza çəkən kriminal avtoritet Mübariz Niyazov (“Gəncəli Mübariz”) xərçəng xəstəliyinə tutulub.

Bakupost.az -ın məlumatına görə, bu barədə “Xural TV” rəhbəri, hazırda Türkiyədə müalicə alan jurnalist Əvəz Zeynallı məlumat verib. O bildirib ki, Penitensiar Xidmətin müalicə müəssisəsində Mübariz Niyazovla görüşüb. Onun sözlərinə görə, Niyazov hazırda onkoloji xəstələrin saxlanıldığı xüsusi müəssisəyə yerləşdirilib və səhhəti ağırdır.

Mübariz Niyazov 1996-cı ildə Bakıda və digər bölgələrdə baş verən bir sıra sifarişli və xüsusi qəddarlıqla törədilmiş qətllərə görə həbs olunub. O, silahlı dəstə yaratmaq, adam oğurluğu, silahlı basqın və qətllərdə ittiham olunaraq əvvəlcə ölüm hökmünə məhkum edilib. 1998-ci ildə ölüm hökmü ləğv edildikdən sonra bu cəza ömürlük həbslə əvəz olunub.

Son aylarda isə “Gəncəli Mübariz” oğlu Ramin Niyazovla bağlı qalmaqallarla da gündəmə gəlib. Əslən Gəncədən olan və meyvə biznesi ilə məşğul olan sahibkar Eldəniz Verdiyev Ramin Niyazovu kriminal dəstəyə rəhbərlik etməkdə, eləcə də ermənilərlə şərikli biznes qurmaqda ittiham etmişdi. O, bu iddiaları açıq şəkildə ictimaiyyətə açıqlamışdı.

Ramin Niyazov isə Eldəniz Verdiyevin bu çıxışlarını böhtan sayaraq onu məhkəməyə verib və barəsində cinayət işi açdırıb. Lakin bir neçə gün əvvəl məhkəmə Eldəniz Verdiyev barəsində bəraət hökmü çıxarıb.

Beləliklə, həm atasının ağır xəstəliyi, həm də oğlunun məhkəmə prosesində uduzması Niyazovlar ailəsini yenidən ictimai diqqətə gətirib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:288
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 28 İyun 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri