Icma.az
close
up
RU
Gəncənin məfrəşi, Nizaminin 1 beyti...

Gəncənin məfrəşi, Nizaminin 1 beyti...

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Nənələrin unudulmuş cehizliyi…

Anamın həmişə dodaqaltı nəsə deyə-deyə, allı-güllü, kənardan sandıqçaya oxşayan bir qaba nələrsə yığdığını görərdim. Üstünü qotazlı kəndirlə möhkəm bağlayar, sonra da aparıb mütləq taxtapayın altına qoyardı.

Kimsə ona “palaz” desə, inciyər, “palaz yox e… bu məfrəşdi”, - deyərdi. Hərdənbir başqa adını da çəkərdi, amma mən onu heç cür yadımda saxlaya bilmirdim. Deyərdi, ona qayınanasından, yəni nənəmdən qalıb. O məfrəşə heç vaxt əl vurmağa cürət etməzdim. Nə içini açmaq ağlımdan keçərdi, nə də yerini dəyişmək. Elə bilirdim, adi bir ev əşyası deyil, evimizin sirrini, bərəkətini qoruyan müqəddəs bir əmanətdir.

Anamın pıçıltıları, qotazlı kəndirin düyünü və taxtapayın altındakı o səssiz sandıq uşaqlığımın ən sirli xatirələrindən biri idi. İllər sonra anladım ki, sən demə, anamın “məfrəş” dediyi əşya təkcə cehiz saxlamaq üçün deyilmiş. O, elat həyatının köç yolunu və Azərbaycan qadınının yaradıcı əməyini özündə yaşadan qədim mədəniyyət nümunəsi imiş. Hətta vaxt olub ki, bir qızın cehizinə baxıb onun evində neçə məfrəş olduğunu sayıblar. Amma indi necədir? Cehiz deyəndə ağlımıza bahalı mebel, məişət texnikası, qab-qacaq, yataq dəsti gəlir.

Vaxtilə Gəncədə və Azərbaycanın bir çox bölgələrində qız köçürmək ənənəsi tamam başqa olub. Qızın cehizi həm ailənin imkanını, həm də qadınların illərlə öz əlləri ilə düzəltdikləri əşyaları və toxuculuq bacarığını əhatə edirdi. Həmin cehizin içində bu gün çoxlarına xalça, kilim və ya palaz kimi görünə biləcək, əslində isə tamam başqa məna və yararlığı olan bir əşya vardı: məfrəş. Bəzi yerlərdə ona fərməş də deyirdilər. Məfrəş ilk baxışda sandığa bənzəyirdi. Ancaq taxtadan hazırlanmazdı. Xalçaçılıq üsulu ilə toxunan bu iri və bəzəkli qabın içərisinə yorğan-döşək, yastıq, paltar və digər əşyalar yığılır, ağzı bağlanır, lazım gəldikdə daşınırdı. Məfrəşin izləri Azərbaycanın qədim yaylaq-qışlaq həyatına və yarımköçəri təsərrüfatına gedib çıxır.

Nurlana Həmzəyeva, Gəncə Dövlət Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru, etnoqraf:

– Əslində məfrəşin tarixi çox qədim dövrlərə, hətta tunc dövrünə təsadüf edir. Elə adət-ənənələrimiz, sənət nümunələrimiz olub ki, onu təkcə ali məktəblərdə, xüsusi ixtisas kurslarında tədris etmək, zənnimcə, kifayət deyil. Niyə orta məktəb şagirdi bilməsin ki, məfrəş nə olub, onun ulu baba və nənələri vaxtilə nələr yaradıb? Niyə dərsliklərdə, qısaca da olsa, bu barədə heç bir məlumat yoxdur? Axı bunlar tarixdir, keçmişimizdir. Sabah silinib gedəcək…

Etnoqraf-alimin sözlərində böyük həqiqət var. Təsəvvür edin ki, dahi Nizami Gəncəvinin əsərlərində məfrəşin adı çəkilir. “Xosrov və Şirin” poemasında Xosrovun ova çıxmasının təsvir olunduğu hissədə şair çoxlu sayda dəvənin müxtəlif qiymətli əşyalarla yükləndiyini danışır və məfrəşləri də xatırlayır:

“Min dəvə yüklənmişdi ipək məfrəşlə,
Hər məfrəş içi dolu idi gözəl bəzəklə”.

Bu beytdə məfrəş qiymətli əşyaların daşındığı, ipəkdən toxunmuş sandıqvari yük kimi təsvir olunur. Gəncədə doğulmuş şair məfrəşi əsrlər əvvəl böyük bir səfərin, ov karvanının və zəngin yük mədəniyyətinin tərkib hissəsi kimi təqdim edir. Deməli, məfrəş Azərbaycan məişətinə sonradan daxil olmuş əşya deyil. Onun kökləri daha qədim həyat tərzinə gedib çıxır.

Yaylaq-qışlaq həyatı yaşayan ailələr üçün əşyaların daşınması vacib məsələ idi. İldə bir neçə dəfə köç edən ailə öz evini də özü ilə aparmalı olurdu. Yorğan-döşək, geyim, xalça və digər əşyalar yük heyvanlarına yüklənirdi. Məfrəş isə bunları bir yerdə saxlamağa və rahat daşımağa imkan verirdi. Bir növ qədim dövrün daşınan dolabı idi. Məfrəşlərin cüt hazırlanması da təsadüfi deyildi. Doldurulmuş məfrəşlər heyvanın hər iki tərəfinə asılır, beləliklə, yükün tarazlığı qorunurdu. Yəni bu əşya həm praktik, həm də estetik məqsəd daşıyırdı.

Bu sənətdə qadın əməyinin rolu xüsusilə böyük idi. Qadınlar toxuduqları məmulatlardan yorğan və balış üzləri, döşənək, pərdə, örtük, heybə, xurcun və başqa məişət əşyaları hazırlayırdılar. Məfrəşi də elə bu böyük toxuculuq mədəniyyətinin bir hissəsi hesab etmək olar. Üzərindəki həndəsi və bitki motivləri, müxtəlif ornamentlər və rənglər göstərir ki, o, sadə saxlanc vasitəsi olmaqla yanaşı, həm də əsl dekorativ sənət nümunəsi olub.

XX əsrin ortalarına qədər Azərbaycanda istifadə olunan məfrəşlər sonralar gündəlik məişətdən tədricən çəkildi. Köç həyatının əvvəlki forması aradan qalxdı, evlər dəyişdi, sandıq, şkaf və digər saxlama vasitələri onların yerini tutdu. Amma məfrəşin naxışları, toxunuşu və forması yaddaşdan silinmədi. Bu gün muzeylərdə qorunan qədim məfrəşlərə baxanda bir tərəfdən xalça sənətimizin incəliyini, digər tərəfdən isə keçmişdə insanların necə yaşadığını görürük. Bir vaxtlar bir qızın cehizinə yığılan məfrəşlər indi evlərdə yoxdur. Amma onların toxunduğu naxışlar hələ də xalçalarda yaşayır. O naxışların arxasında isə bir vaxtlar Gəncənin, Azərbaycanın və bütövlükdə, Türk dünyasının yaylaq-qışlaq həyatı, qadınların toxuculuq sənəti, gəlin köçləri və ailələrin yaddaşı dayanır. Məfrəşdə vaxtilə bir evin əşyaları daşınardı. İndi o günlər çox-çox arxada qalıb. Demirəm o əşyalarda yenə nəsə daşınsın. Amma heç olmasa onun tarixi daşınsın.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Sentyabr 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri