Icma.az
close
up
RU
Nizaminin ev i tikilir

Nizaminin ev i tikilir

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Söhbət bir vaxtlar kinopavilyon kimi inşa olunmuş tikilidən gedir. Düz 44 il əvvəl 1982-ci ildə Eldar Quliyevin "Nizami" bədii filmi ekranlara çıxdı. Bu, Müslüm Maqomayevin böyük kinodakı ilk baş rolu və şeyx Nizamiyə həsr olunmuş ilk tammetrajlı bədii film idi. Filmin rejissoru mərhum Eldar Quliyev çoxsaylı müsahibələrində filmin çəkilişlərini çox xatırlayıb. Niyə Maqomayev? Onun da öz izahı vardı - müəllif bu qənaətdə imiş ki, böyük mütəfəkkirin obrazını məhz böyük sənətkar canlandırmalıdır. Ona görə də bu rolu öz dostuna etibar edib. Yeri gəlmişkən, Maqomayevin o zaman Gəncəyə gəlməsi də xüsusi ajiotaja səbəb olub. Böyük sənətkarı görmək istəyən insanlar çəkiliş meydanına axışaraq prosesə mane olurlarmış. İnsan axınının qarşısını almaq asan deyilmiş. Filmdə XII əsr Gəncə mühitini dürüst canlandırmaq üçün Gəncənin qədim Bala Bağman məhəlləsində xüsusi bir açıq hava kinopavilyonu - "Nizaminin evi" inşa edilir.

Filmin alınıb-alınmaması barədə kino mütəxəssisləri fərqli rəylər yazsalar da, fakt bu ki, həmin filmdən qalan ən maraqlı elementlər illər sonra gerçəkdən mədəni irs nümunəsinə çevrildi - Müslüm Maqomayevin ifa etdiyi romanslar (bu, onun Azərbaycan dilində oxuduğu ilk ciddi əsərlər idi), bir də Gəncədə filmin çəkildiyi məkan, el arasında "Nizaminin evi" kimi tanınan tikili.

Gəncəyə yolu düşən hər kəs şeyx Nizami Gəncəvinin məqbərəsini ziyarət edir. Böyük mütəfəkkirin yaşadığı ev isə tarixin sınağından çıxa bilməyib. Bəlli, zəlzələlərə görə Gəncə azı beş dəfə yerini dəyişib. Ona görə "Nizami" filmi çəkiləndə şairin ev səhnələrini çəkmək üçün orta əsrlər üslubuna uyğun xüsusi pavilyon tikmək qərarına gəlirlər. Kinopavilyon tikilir, çəkilişlər aparılır, film təhvil verilir, ekranlara çıxır, ay ötür, il dolanır, pavilyonsa nə sökülür, nə də qorunur. Lazımsız, baxımsız tikili kimi unudulub qalır, ta ki bu məkana ikinci böyük tarixi şəxsiyyətimiz, memar Əcəmi Naxçıvani "qədəm qoyana" qədər, yəni lap bu günümüzə qədər.

lll

Kino aləmində təzə xəbər var. Kinorejissor Elxan Cəfərov Əcəmi Naxçıvaninin həyat və yaradıcılığına həsr olunan bədii-sənədli film çəkməyə başlayıb. Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" və "Şahdağfilm"də istehsal olunacaq ekran əsərinin şərti adı "Daşlara həkk olunmuş tale"dir. Yavər Rzayev və İlqar Fəhminin birgə ssenarisi əsasında çəkiləcək filmin quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rövşən Mehdiyev, ikinci rejissoru Çingiz Həsənov, bəstəkarı Vüqar Camalzadə, baş prodüseri Sərvər Bayramovdur.

Elxan Cəfərovun yeni filmində Azərbaycandakı gözəl memarlıq abidələrindən birinin - Möminə xatun türbəsinin tikilmə tarixçəsi nəql olunacaq. Rejissorun dediyinə görə, filmdə 40-dan artıq obraz, o cümlədən Nizami, Xaqani, Şəmsəddin Eldəniz, Möminə xatun kimi tarixi şəxsiyyətlərin də obrazı canlandırılacaq.

Film gözəl aktyor heyəti ilə təqdim olunacaq - Bəhruz Vaqifoğlu, Qurban İsmayılov, Şamil Süleymanlı, Sabirə Abdullayeva Rüstəmzadə əsas rollarda çəkiləcəklər. Artıq filmin istehsal dövrü başlanıb. İyul-avqust aylarında intensiv çəkilişlər mərhələsi olacaq. 

lll

Qayıdaq Gəncəyə. Memar Əcəminin Gəncə ilə nə əlaqəsi var soruşacaqsınız. İş burasındadır ki, tarixən Şeyx Nizami heç vaxt Gəncəni tərk eləməyib, Memar Əcəmi isə Naxçıvan memarlıq məktəbinin banisi olaraq ömür boyu Naxçıvanda yaşayıb, Atabəylər (Eldənizlər) sarayının baş memarı kimi fəaliyyət göstərib. O dövrün şərtlərinə görə bu iki fərqli şəhər arasında birbaşa əlaqə qurmaq çətin imiş.

İntibah mədəniyyətinin bu iki böyük sütunu ümumiyyətlə şəxsən görüşməyiblər. Min il sonra isə Nizaminin Gəncədəki "ev"ini məhz Əcəmi "tikib".

Filmin quruluşçu rejissoru Elxan Cəfərov həmin dövrə aid məkanlar seçmək məqsədilə 44 il əvvəlki film pavilyonuna baş çəkmək qərarına gəlir. Həmin yerə gedəndə baxımsızlıqdan tökülüb sökülmüş tikilinin bərbad mənzərəsilə qarşılaşır. Görür ki, film çəkmək üçün gözəl bir məkan var, amma  bərbad vəziyyətdə. Gəncədə genişmiqyaslı təmir-bərpa işləri aparan Bakı Abadlıq Xidməti rejissorun xahişilə evin təmir-bərpasını götürür öz üzərinə. Nizaminin "evini tikmək" də hər şirkətə qismət olası iş deyil axı. Bakı Abadlıq Xidmətindən aldığımız məlumata görə, Gəncədə görüləcək iş adi təmir deyil, tam bərpa işidir. Məkan eynən "Nizami" filmindəki tərzdə bərpa olunacaq. Bu mənada filmdəki detallara xüsusi diqqət yetirilir. Bu işi görmək üçün professional bərpaçılar dəvət olunur ki, məkanda 12-ci əsrə uyğun ovqat yarada bilsinlər. Mütəxəssislər deyirlər ki, hər hansı tarixi abidə ilə kinopavilyonun bərpası arasında yerlə göy qədər fərq var. Kinopavilyon həm də məxsusi kameraların hərəkəti, işıqların qurulması üçün zəruri texniki şəraitə malik olmalıdır. Üstəlik, kinopavilyonu ətraf görüntüdən xilas edən hündür hasar da çəkilməlidir ki, bu işi də BAX yüksək səviyyədə gerçəkləşdirib.

Pavilyonun həyətində qədimi üslubda əlavə tikililər inşa ediləcək. Köhnə evin qapı-pəncərələri bərpa olunacaq. 

Nizaminin dağılmış evi bu gün həm turizm məkanı, həm də kinopavilyon kimi maraqlıdır. Belə baxanda kinostudiya orta əsrlərə aid hər hansı filmin çəkilişində bu məkandan həm pavilyon, həm də dekor kimi istifadə edə bilər. Bu isə Gəncənin həyatında maraqlı bir kino dövrünün davam etməsi deməkdir. Gəncədə görülən əsaslı təmir-tikinti işləri arasında Nizaminin "evi"nin bərpası həm də Bakı Abadlıq Xidmətinin Azərbaycan kinosuna çox qiymətli hədiyyəsi kimi dəyərləndirilə bilər.  Bu hədiyyə həm də üç qurum - Mədəniyyət Nazirliyi, "Azərbaycanfilm" kinostudiyası və Gəncə İH üçün yeni qayğı, yeni məsuliyyət deməkdir. Uzun illər gözdən-nəzərdən iraq düşən, insan tamahından qorunmayan, təbiətin müdaxiləsindən mühafizə olunmayan bu tikili, çox güman, indən belə lazımsız obyekt kimi atılıb qalmayacaq, normativ qaydalara uyğun olaraq mühafizə olunacaq. Nizaminin "evi" şəhərə gələn qonaqlar üçün, elə şəhər sakinləri üçün də gəzməli-görməli yer kimi turist marşrutlarına salına da bilər, məkanın bir hissəsində Nizamiyə aid, yaxud Azərbaycan kinosuna aid kiçik dövlət yaxud özəl muzey yaradıla da bilər. Bu təkliflər perspektiv üçün planlar kimi nəzərə alınsa, işin xeyrinə olar, ən azı məkan son 44 ildəki kimi unudulmaz, yaddan çıxıb xarabazarlığa dönməz.

Bakı Abadlıq Xidmətinin (BAX) bu layihəsində qazanan həm Azərbaycan kinosu, həm Gəncə, həm də Azərbaycan tamaşaçısı olacaq. Yeni filmi maraqla gözləyəcəyik.

Həm BAX-a, həm də filmin yaradıcı heyətinə uğurlar arzusu ilə

Afaq VASİFQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://525.az
archiveBu xəbər 26 İyun 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aktyordan qızı ilə fotolar

11 Avqust 2026 13:31see293

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see260

Prezident ordunu ayağa qaldırdı Fövqəladə vəziyyət elan olundu

11 Avqust 2026 01:56see215

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see214

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see205

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see204

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see201

Yekun sülh sazişinə gedən yolda növbəti siyasi addım

11 Avqust 2026 16:39see200

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see199

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see196

Nijnekamsk şəhərinə edilən dron hücumunda ölən Özbəkistan vətəndaşlarının sayı səkkizə çatıb

11 Avqust 2026 07:57see193

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

11 Avqust 2026 01:45see192

“Moody’s” ölkəmizin kredit reytinqini yüksək dəyərləndirib

10 Avqust 2026 19:00see188

Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

10 Avqust 2026 00:31see188

Samsung bu modüllərlə yollarını ayırır: SİYAHI

11 Avqust 2026 02:24see182

Arsenal 3 futbolçusunu satmaq istəyir

11 Avqust 2026 08:21see179

“Agentstvo“: Vyanada 20 Rusiya diplomatı xüsusi xidmətlərlə bağlıdır

10 Avqust 2026 23:05see175

BİZİM TƏQVİM:11 avqustda baş vermiş tarixi hadisələr

11 Avqust 2026 08:03see167

Messi atası ilə vida mərasimində görüntüləndi FOTO/VİDEO

10 Avqust 2026 01:31see166

Livan İsrail danışıqları niyə uzadılır? AÇIQLAMA

11 Avqust 2026 14:39see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri