Icma.az
close
up
RU
Gənclər bir birilərini niyə öldürürlər? PSİXLOLOQ AÇIQLADI

Gənclər bir birilərini niyə öldürürlər? PSİXLOLOQ AÇIQLADI

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"2025-ci ilin may ayında baş verən üç gəncin ölümü faktı psixoloqları, cəmiyyəti və bir ana kimi bizləri dərin narahatlığa salır. Eyni zamanda, cəmiyyətdə baxdığım güzgüdə ləkəli tərəfləri gördüyümdən, bir psixoloq kimi bu məsələyə toxunmağı özümə borc bilirəm". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, çox təəssüf ki, gənclər arasında qurula bilməyən effektiv ünsiyyət problemləri və mənfi sosial münasibətlərin başlanğıcı artıq məktəb mühitindən başlayır. Təbii ki, dərsdən sonra müəllim hər bir şagirdin ardınca gedə bilməz: "Amma dərs zamanı psixoloji söhbətlərə, dostluq münasibətlərinin qurulmasına ehtiyac var. Bir-birimizi anlamadığımız halda, söhbət və qarşılıqlı dinləmə yolu ilə bu münasibətlərin mənfi nəticələrinin qarşısını almaq mümkündür. Üçüncü və ya dördüncü şəxslər iki nəfərin şəxsi münasibətlərinə müdaxilə etməməlidirlər.

Təəssüflə qeyd edilməlidir ki, bəzən ailələrdə də bu cür hadisələr müşahidə olunur. Üçüncü şəxslərin müdaxiləsi nəticəsində ər-arvad, bacı-qardaş arasında gərginlik yaranır. Bu söz-söhbətlərin kökündə isə aqressiya dayanır. Elə bir aqressiya ki, bu gün insanlar rahat şəkildə yuxusunu ala bilmir.

Əlbəttə, bu cür yazıları oxuyan şəxs cinayət törətmir. Əsl problem bizi oxumayan, dinləməyən və "bizə aid deyil" deyən insanlardadır. Əgər efirdə, iki ziyalının arasında belə dava-dalaş yaranırsa, bir ekspert — müəllim — başına gəlmiş faciəni danışarkən qınanılır və hücuma məruz qalırsa, bu artıq cəmiyyətin ciddi problemidir. Nəticə etibarilə yeniyetmələr sosial şəbəkələrdə — "TikTok", "Facebook", "Instagram" kimi platformalarda bu hallar ilə rastlaşır və onlarda belə bir düşüncə formalaşır: "Mən də bunu edə bilərəm." Yeniyetmə görür ki, iki böyük insan efirdə belə mədəni davranmırsa, deməli, dava ilə hər şeyin öhdəsindən gəlmək olar".

Psixoloq sözlərinə davam edərək bildirib ki, bu vəziyyətin əsas səbəblərindən biri sosial verilişlərdə ziyalıların davranış tərzidir. Baxın və görün, bir ziyalının məsləhətini dinləməyən şəxs telefonda həmin verilişin dava-dalaş hissəsini tapır, başqasına göstərir və bu da insanların həyat tərzinə mənfi təsir edir: Keçmişdə ailədə azacıq səs-küy olsaydı, insan evdən çıxanda utanardı. Uşaqlar belə utanardı, baş verənləri izah etməyə çalışardılar. Məsələn, biz oxuyanda olurdu ki, uşaqlar deyirdi: "Anam mənə qışqırdı, atam da anamın üstünə qışqırdı." O zamanlar abır-həya var idi.

Amma indiki gənclik sosial verilişlərdən hansı tərbiyəni alır ki, biz bu gün ölüm hallarının qarşısını ala bilək? Mən də illərdir sosial proqramlarda iştirak edirəm və hər zaman çalışıram ki, ekspertlərə bildirəm: emosiyalarınıza hakim olun, dərdini danışan insanı dinləyin. Əgər o şəxs bizim düşündüyümüz kimi düşünsəydi, bu problemlərlə üzləşməzdi — bu mənim əsas şüarımdır.

Əsas və başlıca səbəb gənclər arasında sosial-iqtisadi münasibətlərin pozulmasıdır. Digər tərəfdən, sosial şəbəkələrdə ziyalıların mənfi münasibətləri, eləcə də valideynini aldadıb, "yatıram" deyərək bütün gecəni telefonda keçirən uşaqların sayı artır. Halbuki yuxu — insanın dirçəlişi, daxili rahatlığının təminatıdır. Yuxu rejiminin pozulması isə aqressiyanın davamlı olaraq artmasına səbəb olur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 May 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri