Icma.az
close
up
RU
“Gənclər bu filmlər vasitəsilə tariximizi öyrənəcəklər” Məşhurlar “Azərbaycan Atabəyləri”ndən danışdı (ÖZƏL)

“Gənclər bu filmlər vasitəsilə tariximizi öyrənəcəklər” Məşhurlar “Azərbaycan Atabəyləri”ndən danışdı (ÖZƏL)

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Azərbaycanda zaman-zaman tarixi filmlər lentə alınıb. İstər Sovet illərində, istərsə də müstəqillik dövründə kinematoqrafiyamızda bu qəbildən olan ekran işlərinə rast gəlmək mümkündür. Tarixi filmlər hər ölkənin tarixini, onun keçdiyi inkişaf yolunu, adət ən-ənələrini özündə əks etdirir. Bu günlərdə təqdimat mərasimi baş tutan "Azərbaycan Atabəyləri" adlı tarixi bədii-sənədli filminin əsas mövzusu Orta əsrlərdə yaşamış Türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sunqur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin həyat yolundan bəhs edir. Ekran əsəri izləyiciləri XII əsr mühitinə apararaq Azərbaycanın şanlı tarixinə işıq salır, həmin dövr milli-mənəvi irsimizin təbliğatçısı kimi çıxış edir.

Xalq artisti Fəxrəddin Manafov Moderator.az -a açıqlamasında bildirib ki, “Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin təqdimatına qatılıb və filmi çox bəyənib.

“Mənə təklif etdilər ki, çox istərdik ki, kadrarxası sizin səsinizdən istifadə edək. Soruşdum ki, nədir? Nə məsələdir? Deyəndə ki, Atabəylərin tarixi ilə bağlı filmdir çox sevindim. Nəyə görə? Azərbaycanda tarixi filmlər Sovet dönəmində çəkilib. Həmin “Dədə Qorqud”, “Nəsimi” kimi filmlərə də Rasim Balayev baş rolları oynayıb. Bizim dövrümüzdə 1-2 tarixi film çəkildi. 2006-cı ildə müəllifi Elçin Əfəndiyev, rejissoru Ramiz Fətəliyev olan “Hökmdarın taleyi” filmini çəkdik. Bu da tarixi filmdir. Tarixi film deyəndə hansısa bir konkret filmlərdən söhbət gedir. “Azərbaycan Atabəyləri” layihəsi məni çox sevindirdi. Ona görə sevindirdi ki, öncə bu addım tarixi işıqlandırmaqdır. Bütün tarix kitablarında bu tarix var. Orta məktəblərdə də, universitetlərdə də tarix fənni keçirilir. Biri var kitabdan oxumaq, biri də var göz önündə bu səhnələşdirilib, əyani olaraq görürlər. Gənclər bu filmə baxanda tariximizi bir daha xatırlayacaq. Gənclər onsuz da tariximizi bilir. Məni çox sevindirir ki, sırf mənə də belə bir müraciət olundu və layihə ərsəyə gəldi. AZTV kollektivini, filmin ərsəyə gəlməsində çalışan bütün yaradıcı şəxsləri təbrik edirəm. Uğurlu olsun, bütün tariximizi əhatə edən filmlərimiz çəkilsin” deyə sənətkar bildirib.

Əməkdar İncəsənət Xadimi Məlahət Abbasova saytımıza açıqlamasında bildirib ki, iki tarixi filmdə rol alıb:

“Bilirsiniz ki, artıq 33 ildir ki, İstanbul Şəhər Teatrlarında fəaliyyət göstərirəm. Yaradıcılığımın 90 faizi Azərbaycan ədəbiyyatının, teatrının və kino sənətinib təbliğatına həsr olunub. Azərbaycan əsərlərini hər zaman bu teatrda səhnələşdirib, təbliğ etmişəm. Özümü çox xoşbəxt hiss edirəm ki, Azərbaycan və Türkiyə kino sahəsi arasında bir körpü qurmuşam. İki tarixi filmdə rol almışam. Bunlardan biri Ramiz Fətəliyevin çəkdiyi “Sübhün səfiri” filmi idi ki, orada Mirzə Fətəli Axundovun həyat yoldaşı Tubu xanım rolunu oynamışam. İkinci film mənim təşəbbüsümlə iki ölkənin Mədəniyyət Nazirləri arasında bağlanan ortaq yapım kontraktlarına görə “Mahmud və Məryəm” filminin çəkilməsi oldu. Burada tarixi şəxsiyyət Cavad xanın həyat yoldaşı Qəmərbanunu oynadım. Hər iki filmdə də qardaş Türkiyənin aktyorları çəkildi. “Sübhün səfiri” filminin bəzi hissələri İstanbulda çəkildi. Həmin aktyorların filmdə rol almasında da mənim böyük əməyim oldu. Həmçinin də “Mahmud və Məryəm” filmində.. Mühüm olan bu filmlərin Türkiyədə də yayımlanması və təqdimatıdır. Nəticədə bu mənim yükləndiyim missiyanın bir parçası idi. Türkiyəli sənətçilərlə bu filmlərdə çəkilmək, Azərbaycan tarixini Türkiyədə tanıtmaq, milli mədəniyyətimizi aşılamaq mənim yükləndiyim missiyanın bir parçası idi. Çox xoşbəxtəm, çox gözəl insanlarla birlikdə çalışdım. “Sübhün səfiri” filmində Rasim Balayevlə birlikdə çəkildim. “Mahmud və Məryəm” filmində də Fəxrəddin Manafovla birlikdə rol almışdım. İnanıram ki, ortaq işlərimiz davamlı olacaq və biz iki dövlət olaraq nəinki siyasətdə, mədəniyyətdə də bir-birimizə dəstək olacağıq” deyə sənətkar bildirib.

Xalq artisti, Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev saytımıza açıqlamasında bildirib ki, tarixi filmlər çox az çəkilir:

“Tarixi, qəhrəmanlıq salnamələri ilə bağlı filmlər çox çəkilməlidir. Bu qədər dünyəvi insanlarımız var. Qarabağ müharibəsindəki qəhrəmanları işıqlandırmaq lazımdır. Bu filmlər bizim tariximizdir. Tarixi filmlərin daha mükəmməl çəkilməyi rejissordan asılıdır. Bunu rejissor həll edir. Tarixi film çəkmək iqtidarında olan rejissor ola bilsin ki, var amma mən tanımıram. Mən rejissora istiqamət verə bilmərəm. Aktyorun borcu ona verilən obrazı oynamaqdır. Amma bütün filmin ağırlığı rejissorun üzərinə düşür. Bütün xırdalıqları o edir. Bu günlərdə “Nəsimi” operası təqdim olundu. Dostlarımdır yazıblar, yaxşıdır. Mən orada hiss etdim ki, insanlar yaxşı tədbirlər, təqdimatlar üçün acıblar. Uzun müddətdir belə təqdimatlar olmurdu. Oradakı izdihamı gördünüz də. Bu günlərdə elə “Azərbaycan Atabəyləri” tarixi-bədii sənədli filmin təqdimatı oldu. Xəstə olduğum üçün qala gecəsinə qatıla bilmədim. Eşitdiyimə görə yaxşı filmdir. Çox istərdim ki, belə bir filmi həm də bizim yerli rejissorlar çəksin. Bu filmin ssenarisini türklər yazıb, rejissoru türklərdir. Türklər də bizim qardaşımızdır. Azərbaycanda hər zaman tarixi filmlər çəkilib” deyə sənətkar bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri