Icma.az
close
up
RU
Gənclər hər zaman Vətənə sədaqət nümunəsi olublar

Gənclər hər zaman Vətənə sədaqət nümunəsi olublar

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclər siyasəti Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olub."

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Deputat bildirib ki, Ulu öndərin rəhbərliyi ilə gənclərin hərtərəfli inkişafı, təhsili, vətənpərvərlik ruhunda tərbiyə olunması və cəmiyyətin fəal üzvünə çevrilməsi üçün mühüm addımlar atılıb:

"Ümummilli lider Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması gənclərin inkişafı və idman sahəsində dövlət siyasətinin vahid mərkəzdən idarə olunmasını təmin etdi. Ulu öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etdi."

V.Qafarov bildirib ki, Heydər Əliyevin gənclərlə bağlı siyasətinin mühüm istiqamətlərindən biri də Azərbaycan Gənclərinin Forumlarının keçirilməsi olub:

"Ulu Öndər 1995-ci ildə bu təşəbbüsü irəli sürdü və 1996-cı ildən etibarən forumlar keçirilməyə başladı. Bu tədbirlər gənclərin cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək, onların problemlərini dinləmək və həlli yollarını müzakirə etmək üçün mühüm platformaya çevrildi.

1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Məhz bu forumdan sonra Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başladı.

Sonrakı illərdə təşkil olunan forumlarda gənclərin təhsil, məşğulluq, sosial rifahı, elm, innovasiya, idman və digər sahələrdə inkişafı üçün konkret addımlar müəyyən edildi. Bu tədbirlər vasitəsilə dövlətlə gənclər arasında dialoq gücləndi, onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi üçün şərait yaradıldı.

Bu gün də Azərbaycan gənclərinin forumları ənənəvi olaraq keçirilir və ölkədə gənclər siyasətinin inkişafına mühüm töhfə verir. Dövlətin bu sahəyə ayırdığı diqqət sayəsində Azərbaycan gəncləri beynəlxalq arenada da öz sözünü demək imkanına malikdir."

Deputat qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Gənclər siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

"Prezident İlham Əliyevin Sərəncamı ilə 2007-ci il Azərbaycanda “Gənclər ili” elan edildi. Dövlət başçısının təşəbbüsü ilə 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradıldı. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyuldu. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırıldı. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə Gənc kadrların irəli çəkilməsi siyasətinin təcəssümü olan “Yüksəliş” müsabiqəsi təsis edildi. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə və gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.

Rəşadətli Azərbaycan Ordusunun sıralarında döyüşən qəhrəman gənclərimiz Vətən müharibəsində şücaət göstərərək tarixi Zəfəri xalqımıza bəxş edib. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan gənclərinin qəhrəmanlığını, fədakarlığını və vətənə bağlılığını bir daha sübut etdi. Bu gənclər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasətinin yetirmələri idi.

Azərbaycan gəncləri yalnız döyüş meydanında deyil, eyni zamanda informasiya savaşında da əsl cəsarət və mübarizlik nümayiş etdiriblər. Onların igidliyi, əzmi və Vətən sevgisi sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub, xalqımız otuz illik həsrətdən sonra doğma torpaqlarına qovuşub.

Müstəqillik dövründə yetişən və vətənpərvərlik ruhunda böyüyən bu gənclər, şanlı tariximizin yeni səhifələrini yazaraq, Azərbaycan xalqına Qələbə sevincini yaşadıblar. Bu gün azad Qarabağda dalğalanan üçrəngli bayrağımız onların fədakarlığının və mübarizliyinin ən böyük sübutudur. Azərbaycan gəncləri hər zaman Vətənə sədaqət, əzm və qətiyyət nümunəsi olublar və olacaqlar!"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Fevral 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri