Icma.az
close
up
RU
Gənclər Kitabxanasında “Akademik Mustafa bəy Topçubaşov 130” adlı elektron məlumat bazası hazırlanıb

Gənclər Kitabxanasında “Akademik Mustafa bəy Topçubaşov 130” adlı elektron məlumat bazası hazırlanıb

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Bu gün görkəmli alim və cərrah, tibb elmləri doktoru, akademik Mustafa bəy Topçubaşovun anadan olmasının 130 illiyi tamam olur. Alimin anadan olmasının 130 illiyinin qeyd edilməsi ilə bağlı iyunun 10-da ölkə başçısı Sərəncam imzalayıb. Mustafa bəy Topçubaşovun ad günündə müvafiq Sərəncama uyğun olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında akademikin mənalı ömür yolundan və fədakar elmi fəaliyyətindən bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

525.az-a bu barədə kitabxanadan məlumat verilib.

Bildirilib ki, kitabxananın rəsmi saytında yerləşdirilən elektron məlumat bazasında Mustafa bəy Topçubaşovun həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü mükafatlarla yanaşı, tibb elmləri doktoru, professor Fariz Camalovun və akademik M.A.Topçubaşov Xatirə muzeyinin rəhbəri, dosent Şəfa Əliyevin “Dünya şöhrətli cərrah akademik Mustafa bəy Topçubaşov”, fəlsəfə doktoru, dosent İradə Əliyevanın “Fədakar alim, şəfalı həkim, böyük şəxsiyyət” kimi məqalələrinin tam mətni təqdim edilir.

Elektron bazada görkəmli alimin müəllifi, elmi redaktoru olduğu kitabların, məqalələrinin eləcə də onun haqqında qələmə alınan kitabların, dövri mətbuat nümunələrinin siyahıları yer alır. Akademikin 130 illik yubileyi ilə əlaqədar hazırlanan məlumat bazasında “Filmoqrafiya”, “Virtual sərgi”, “Foto və videoqalereya” kimi bölmələr də təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən akademikın yubileyi ilə əlaqədar “Cərrah, alim Mustafa bəy Topçubaşov 130” adlı videomaterial da hazırlanıb. Materialda görkəmli alimin zəngin elmi fəaliyyəti haqqında məlumat verilir. Materialda akademikın respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri kimi anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulu istiqamətində ixtirasına görə həm Azərbaycanda, həm də bütün dünyada böyük şöhrətə malik olması haqqında məlumat verilir, İkinci Dünya müharibəsi dövründə hərbi cərrahiyyə sahəsində göstərdiyi mühüm xidmətlərdən bəhs edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Mustafa bəy Topçubaşovun müxtəlif illərdə elmi fəaliyyətini əks etdirən foto və video görüntüləri də sərgilənir.

“Cərrah, alim Mustafa bəy Topçubaşov 130” adlı videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Avqust 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see187

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see163

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see158

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see136

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see134

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see127

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri