Icma.az
close
up
RU
Gənclər Kitabxanasında “Akademik Yusif Məmmədəliyev 120” adlı elektron məlumat bazası hazırlanıb

Gənclər Kitabxanasında “Akademik Yusif Məmmədəliyev 120” adlı elektron məlumat bazası hazırlanıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 sentyabr, AZƏRTAC

Bu il dünyaşöhrətli kimyaçı alim, Dövlət mükafatı laureatı, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də alimin anadan olmasının 120 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Bu Sərəncama uyğun olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında akademikın mənalı ömür yolundan və fədakar elmi, ictimai fəaliyyətindən bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazasında Yusif Məmmədəliyevin həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, layiq görüldüyü mükafatlarla yanaşı, “Dünya elminə töhfələr verən alim”, “Dünya şöhrətli kimyaçı alim”, “Elm fədaisi, müəllim, ziyalı, milli fəxrimiz” kimi məqalələrin tam mətni təqdim edilir.

Elektron bazada görkəmli alimin müəllifi, redaktoru olduğu, Azərbaycan və rus dillərində nəşr edilən kitabların, məqalələrinin eləcə də onun haqqında qələmə alınan kitabların, dövri mətbuat nümunələrinin siyahıları yer alır. Yusif Məmmədəliyevin 120 illik yubileyi ilə əlaqədar hazırlanan məlumat bazasında “Filmoqrafiya”, “Bədii ədəbiyyatda”, “Xatirəsənin əbədiləşdirilməsi”, “Virtual sərgi”, “Foto və videoqalereya” kimi bölmələr də təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazasında Yusif Məmmədəliyevin Azərbaycan Milli Elmlər Akademiyasında rəhbərliyi dövründə bu elm mərkəzində təşkil olunmuş institutlar və akademikın dövlət və ictimai-siyasi fəaliyyəti haqqında geniş məlumat təqdim edilir.

“Akademik Yusif Məmmədəliyev – 120” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri