Gənclər Kitabxanasında Şıxəli Qurbanovun 100 illiyi münasibətilə silsilə materiallar hazırlanıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 18 avqust, AZƏRTAC
Bu gün Azərbaycan ədəbiyyatı və ictimai həyatında xüsusi yeri olan, milli ruhun və azad düşüncənin fədakar müdafiəçisi, görkəmli dramaturq, yazıçı, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru Şıxəli Qurbanovun anadan olmasının 100 illiyi tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında dramaturqun mənalı ömür yolundan və fədakar elmi, ictimai fəaliyyətindən bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.
Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.
Kitabxananın rəsmi saytında yerləşdirilən elektron məlumat bazasında Şıxəli Qurbanovun həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, layiq görüldüyü mükafatlarla yanaşı, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, professor Əziz Mirəhmədovun “Şıxəli Qurbanov fenomeni” və filologiya elmlər doktoru, professor Ramin Əhmədovun “Unudulmaz şəxsiyyət: Şıxəli Qurbanov” kimi məqalələrinin tam mətni təqdim edilir.
Elektron bazada görkəmli yazıçının müəllifi, redaktoru olduğu, Azərbaycan və rus dillərində nəşr edilən kitabların, məqalələrinin eləcə də onun haqqında qələmə alınan kitabların, dövri mətbuat nümunələrinin siyahıları yer alır. Şıxəli Qurbanovun 100 illik yubileyi ilə əlaqədar hazırlanan məlumat bazasında “Filmoqrafiya”, “Notlar”, “Dissertasiya və avtoreferatlar”, “İzomateriallar”, “Elektron resurslar”, “Virtual sərgi”, “Foto və videoqalereya” kimi bölmələr də təqdim edilir.
Kitabxana əməkdaşları tərəfindən yazıçının yubileyi ilə əlaqədar videomaterial da hazırlanıb. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Şıxəli Qurbanovun fəaliyyətinin təkcə ədəbiyyat, dilçilik və teatr sahəsi ilə məhdudlaşmadığı, onun milli ideyaların, milli bayramların və azərbaycançılıq düşüncəsinin dövlət səviyyəsində dirçəlişinin əsas təşkilatçılarından biri olması diqqətə çatdırılır. Materialda görkəmli dramaturqun zəngin yaradıcılığı ilə yanaşı, milli-mənəvi dəyərlərə və maarifçilik ideyalarına əsaslanan geniş ictimai fəaliyyətindən də bəhs edilir, məhz onun sayəsində 1967-ci ildə Novruz bayramının ilk dəfə rəsmi bayram kimi dövlət səviyyəsində qeyd edilməsi haqqında məlumat verilir. Materialda Şıxəli Qurbanovun Azərbaycan ədəbiyyatına, dramaturgiyasına və ictimai fikrinin inkişafına verdiyi töhfələrlə yanaşı, müxtəlif illərdə fəaliyyətini əks etdirən foto və videogörüntüləri də sərgilənir.
“Yazıçı, dramaturq Şıxəli Qurbanov 100” adlı videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 18 Avqust 2025 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















