Icma.az
close
up
RU
Gənclər Kitabxanasından yeni rəqəmsal memarlıq təqdimatları

Gənclər Kitabxanasından yeni rəqəmsal memarlıq təqdimatları

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında həyata keçirilən "Ağıllı irs: Azərbaycan memarlığının rəqəmsal təqdimatı" layihəsi çərçivəsində Azərbaycanın zəngin memarlıq irsinin təbliği məqsədilə süni intellekt texnologiyalarının imkanlarından istifadə etməklə ölkəmizin tarixi-mədəni irsini əks etdirən dörd yeni rəqəmsal təqdimat hazırlanaraq oxucuların istifadəsinə təqdim edilib.

525.az-a bu barədə kitabxanadan məlumat verilib.

Bildirilib ki, hazırlanan təqdimatlar "İşıqlı irs və möhtəşəm daş salnamə – Şuşa qalası", "Şuşanın işıqlanan mirası: Aşağı Gövhər Ağa məscidinin dirçəlişi", "Yuxarı Gövhər Ağa məscidi: Tarix, incəsənət və yenidən doğuş" və "Beynəlxalq Muğam Mərkəzi: Azərbaycan musiqisinin işıqlı məbədi" adlı materiallardır. Təqdimatlar müasir rəqəmsal həllər, dinamik vizual effektlər, süni intellekt vasitəsilə yaradılmış təsvirlər və multimedia elementləri ilə zənginləşdirilərək hazırlanıb.

Təqdimatlarda Azərbaycanın memarlıq tarixində xüsusi yer tutan bu möhtəşəm abidələrin yaranma tarixi, memarlıq xüsusiyyətləri, inşa edilmə səbəbləri, ölkəmizin tarixi və mədəni inkişafındakı rolu barədə geniş məlumat verilir. Eyni zamanda, bu memarlıq nümunələrinin təkcə milli deyil, həm də dünya mədəni irsi baxımından əhəmiyyəti, Azərbaycan xalqının tarixi yaddaşının və milli kimliyinin qorunmasındakı rolu diqqətə çatdırılır.

Şuşa şəhərinin tarixi simvolu olan Şuşa qalası, Qarabağın dini-mədəni irsinin qiymətli nümunələri sayılan Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, eləcə də müasir Azərbaycan memarlığının ən uğurlu nümunələrindən biri olan Beynəlxalq Muğam Mərkəzi haqqında təqdim olunan məlumatlar istifadəçilərə bu abidələrin keçmişi ilə bu günü arasında əlaqəni aydın şəkildə izləməyə imkan yaradır. Təqdimatlarda tarixi faktlarla yanaşı, memarlıq elementləri, bədii-estetik xüsusiyyətlər və bu irs nümunələrinin gələcək nəsillərə ötürülməsinin vacibliyi də ön plana çəkilir.

Layihənin əsas məqsədi süni intellekt və rəqəmsal texnologiyaların imkanlarından istifadə etməklə Azərbaycanın zəngin memarlıq irsini müasir formatda təqdim etmək, gənc nəslin tarixi-mədəni irsə marağını artırmasına dəstək göstərməkdir.

"Ağıllı irs: Azərbaycan memarlığının rəqəmsal təqdimatı" layihəsi çərçivəsində hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://525.az
archiveBu xəbər 30 İyun 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri