Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 12 oktyabr, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, tənqidçi, mətnşünas, tərcüməçi, pedaqoq, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Səlcuq Universitetinin fəxri doktoru, Türk Dil qurumunun müxbir üzvü Abbas Zamanovun anadan olmasının 115 illiyi münasibətilə elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, alimin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən məlumat bazası onun zəngin elmi irsinin, ədəbiyyatşünaslıq sahəsində xidmətlərinin və elmə verdiyi töhfələrin geniş oxucu auditoriyasına çatdırılması məqsədi ilə hazırlanıb.

Elektron məlumat bazasında Abbas Zamanovun həyat və yaradıcılıq yolu, elmi fəaliyyəti, pedaqoji xidmətləri, ədəbi əlaqələrin inkişafındakı rolu və zəngin irsi haqqında ətraflı məlumatlar toplanıb. Elektron resursda rəsmi sənədlər, alimin təltifləri, həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında söylədikləri dəyərli fikirlər, müəllifi olduğu kitabları, ədəbi tənqidi və publisistik məqalələri, redaktə və tərtib etdiyi nəşrlər, tərcümələri, xarici ölkələrdə nəşr olunan əsərləri, onun haqqında qələmə alınmış kitab və məqalələr, dissertasiya və avtoreferatlar öz əksini tapır.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada akademik Bəkir Nəbiyevin “Elm fədaisi, yorulmaz müəllim, qeyrətli vətəndaş”, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Unudulmaz alimin Cavidşünaslıq fəaliyyəti”, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist Bəxtiyar Hüseynovun “Vətən fədaisi və haqqın döyüşən əsgəri” kimi məqlələrin tam mətni də təqdim edilir. Bununla yanaşı elektron resursda Abbas Zamanovun elmi kadrların hazırlanmasındakı rolu, xatirəsinin əbədiləşdirilməsi, kino ssenariləri, filmoqrafiyası, video və foto qalereyası, kitablarından ibarət virtual sərgisi də istifadəçilərə nümayiş olunur.

Professor Abbas Zamanovun 115 illik yubileyinə həsr olunan elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Oktyabr 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see338

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see320

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see315

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see298

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see294

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see291

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see282

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see274

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see263

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see258

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see247

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see245

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see241

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see237

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see230

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see221

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see219

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see216

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see215

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri