Icma.az
close
up
RU
Gənclər niyə evlənmək istəmir? SƏBƏBLƏR

Gənclər niyə evlənmək istəmir? SƏBƏBLƏR

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Günümüzün gəncləri, xüsusilə “İqrik” nəsli ailə qurmaq mövzusunda əvvəlki nəsillərdən daha ehtiyatlıdırlar. Bu, bir çox sosial, mədəni və iqtisadi amillərlə əlaqəlidir”.

Bu fikirləri Moderator.az-a açıqlamasında  şüuraltı üzrə uzman, şəxsi inkişaf üzrə kouç, beynəlxalq dərəcəli təlimçi İlahə Adil deyib.

Onun sözlərinə görə, gənclərin ailə həyatı qurmaq istəyinin azalmasının və xüsusilə müəyyən yaşdan sonra ailə qurmamağının müəyyən səbəbləri var: ilk səbəblərdən sosial və mədəni dəyişikliklərdir:

“Müasir cəmiyyətdə sosial və mədəni dəyişikliklər, gənclərin düşüncə tərzləri və həyat prinsiplərinə ciddi şəkildə dəyişiklik edib. Əvvəlki nəsillərdə ailə qurmaq bir çoxları üçün həyatın təbii bir mərhələsi və vacib məqsəd idi. Yəni insanlar ilk öncə ailə qurmaq üçün nəzərdə tutulurdu,  yetişdirilirdi. Lakin “İqrik” nəsilləri - 1982-2000-ci illərdə doğulan uşaqlarımız daha müstəqil, fərdi və özgür bir həyat sürdüklərinə görə onlar üçün ilk öncə hazırda ailə həyatı qurmaq deyildi, karyera və özünü inkişaf ilk sıralarda durur. Daha sonra iqtisadi və peşə yönəmli səbəbləri göstərə bilərik ki, “İqrik” nəsili özünü iqtisadi baxımdan təmin etmək və peşəkar sahədə müvəffəqiyyət qazanmaq istəyən bir gənc nəsildir. Müasir dövrün iş dünyasında davamlı təhsil, karyera qurmaq və maddi azadlıq gənclərin ilk öncə həyatlarının bu sahələrinə yönləndirilməsinə vadar edir. Evlilik bununla paralel olaraq daha az prioritet verilən bir məsələ halına gəlmişdir. Bununla yanaşı iqtisadi, qeyri stabillik, yüksək işsizlik və gələcək qorxusu da gənclərin ailə qurmaqdan çəkilməsinə səbəb olan faktorlardan biridir. Müasir dövrün ən mühüm dəyişikliklərindən biri də texnologiya olduğuna görə texnologiyanı da bu vəziyyətlərdə səbəb kimi gətirə bilərik. İnternet və sosial media insanlara yeni əlaqə qurma yollarını təqdim edir. Əvvəllər ailə qurmaq daha çox tanışlıq və ənənəvi sosial əlaqələr üzərində inkişaf edirdisə, indi bu proses daha çox sosial şəbəkələr üzərindən gedir. Sosial media gənclərin həyatlarına daim müdaxilə edir, onlara çox sayda seçim təklif irəli sürür və bu da bir insanla uzunmüddətli əlaqə qurmasının qarşısını almağa başlayıb və bu da insanların bir insan üzərindən stabilləşib bir insanı seçərək ailə həyatı qurmaqda müəyyən barellər yaratmağa səbəb olur”.

İlahə Adil qeyd edir kİ, gənclər son illər boşanma hallarının artması və ailə içindəki əlaqələrdəki problemlərin daha çox görünməsi ilə yetişdirildi:

“Bəli, bizim dövrümüzdə də belə hallar var idi. Amma indi daha çox insanlar daha çox uşaqlar oyaq olduğuna görə bu prosesə artıq daxillərində “psixoloq” kimi də baxıb müəyyən edirlər və özlərinə məxsus xüsusi bir nəticələr çıxardılır. Ailə institutun əvvəlki qədər möhkəm və dəyişməz bir quruluş olduğu düşüncəsi  “İqrik” nəsli arasında artıq zədələnmişdir. Onlar şəxsi məmnuniyyəti və öz azadlığını qorumağı daha vacib hiss etdilər, yəni daha azad bir həyat sürməyi onlar üçün daha vacibdir, bu evliliyin qeyri mükəmməl bir həyat tərzi olaraq görülməsinə səbəb olur. Növbəti vəziyyətlərdən biri psixoloji faktorlardır və emosional durumlardır. Gənclərin əksəriyyəti həyatlarının müstəqilliyini ön plana çəkir, həmçinin sosial və emosional mənada daha çox azadlıq istəyirlər. Ailə qurmaq onlar üçün çox zaman özü ilə bağlı daha çox məsuliyyət daşıyaraq bir yola çevrilir. Ailə həyatının gətirdiyi gündəlik məsuliyyətlər , psixoloji və emosional yüklər gəncləri narahat edir və ən əsas da orada götürüləcək müəyyən bir insanların yükləri onlar üçün ağır gəldiyindən onlar bu yükü üzərinə götürmək istəmirlər.  Müasir nəsil əvvəlki nəsillərdən fərqli olaraq, münasibətləri daha elastik və açıq şəkildə idarə edirlər. Ailə qurma qərarı gənclər üçün yalnız bir həyat yoldaşı tapmaqdan ibarət deyil, həm də şəxsi həyatlarının və  gələcəklərinin hərtərəfli nəzərdən keçirilməsidir. Evlilik sadəcə bir münasibət forması olaraq deyil, həm də sosial, iqtisadi və şəxsi həyatlarına təsir edəcək bir addım kimi görülə bilər”.

Beynəlxalq təlimçi hesab edir ki, “İqrik” nəsli dövrünün tələblərinə və öz həyat prinsiplərinə uyğun olaraq evlilik məsələlərində əvvəlki nəsillərdən fərqli bir yanaşma sərgiləyirlər:

“Ailə qurma daha çox sosial və iqtisadi səbəblərə, şəxsi məqsədlərə və mədəni dəyişikliklərə bağlı olaraq qəbul edilir. Gənclərin bu barədəki fikirləri texnologiya, azadlıq, müstəqillik və münasibətlərin kompleksliyi ilə şəkilləndirilir. Bu fərqli yanaşma ailə institutunun gələcəyi haqqında suallar doğursa da, gənclərin həyatlarına dair daha çox fərdiləşmiş, azad və dəyişən bir dövrün əlamətləridir. Bizim inkişaf edən yeni dövrdə əlbəttə ki, yeni ailə modelləri və yeni ailə institutları doğacaq. Biz sadəcə bu yeni ailə modellərinə dəstək verməli və onları düzgün yönləndirməliyik. Bəzən keçmiş artıq keçmişdə qalır və yeni dövrün yeni bir iddiaları və yeni bir tələbləri doğur. Yeni dövrün yeni iddialarında maksimal dərəcədə müəyyən bir yaşaya biləcək mədəni amillərimizi qoruyaraq uşaqlarımızı düzgün yola yönəldilməyimiz valideynlərin də boynuna düşən vəziyyətlərdən biridir. Amma unutmayaq, artıq dövr dəyişir, uşaqlarımızın psixologiyaları da dəyişir və müəyyən bir məsələlərdə də onların azad iradələrinə azad düşüncələrinə yetəri qədər fikirlər verilməlidir və onların düşüncələri, onların müəyyən həyati baxış bucaqları onların və bizim prioritetimiz olmalıdır”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Dekabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see365

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see246

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see228

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see216

DURSUN HƏSƏNOV QƏFİL VƏFAT EDİB: Tanınmış şəxsin qardaşıdır FOTO

12 İyun 2026 15:55see202

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see199

“Qeyri neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb”

12 İyun 2026 12:16see196

Aygün Kazımova məzunlarla bir arada Geyimi gündəm oldu

13 İyun 2026 11:00see193

İbrahimoviç DÇ 2026 da azarkeşlik etdiyi komandanın adını dedi Mənim köküm o ölkədəndir

13 İyun 2026 14:02see193

Elvin Cəfərquliyev üçün Qarabağ klubuna rəsmi təklif gəlməyib

12 İyun 2026 12:15see192

Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək

12 İyun 2026 12:17see183

Brayton Tottenhem in müdafiəçisi üçün 30 milyon təklif etdi

12 İyun 2026 19:11see182

Pensiya alanlara şad xəbər NAZİRLİK AÇIQLADI

12 İyun 2026 12:14see181

Qarabağ Bakıda hazırlığını davam etdirir

13 İyun 2026 02:46see181

Kanada məşhur futbolçunu ölkəyə buraxmadı Zorlama ilə ittiham olunur

12 İyun 2026 22:33see174

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

12 İyun 2026 20:54see172

Paşinyanın qələbəsindən sonra: Siyasi eyforiya və təzyiqlər

12 İyun 2026 12:16see171

Dövlət büdcəsi xərclərinin 40% i sosialyönlüdür

12 İyun 2026 12:15see168

Ən yaxşı babalar hansı tarixdə doğulanlardır?

12 İyun 2026 21:12see165

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

12 İyun 2026 23:31see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri