Icma.az
close
up
RU
Gənclər özləri də dərk etmədən tarixi abidəyə ziyan vurublar AÇIQLAMA

Gənclər özləri də dərk etmədən tarixi abidəyə ziyan vurublar AÇIQLAMA

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Nizami Kino Mərkəzi ilə bağlı baş verən hadisə çox üzücüdür. Təəssüf ki, gənclərimizin bir qismi yanlış yoldadırlar”.

Bu sözləri "Unikal"a açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, Nizami Kino Mərkəzinin divarlarına yazı yazan gənclər özləri də dərk etmədən belə bir tarixi abidəyə ziyan vurublar:

“Bu, qəbuledilməz məqamdır. Tarixi binaları qorumaq hər birimizin üzərinə düşən vəzifədir. Ən narahatedici məqamlardan biri də ondan ibarətdir ki, bunu gənclər ediblər. Gənclərin yanlış yolda olması problemli məsələdir. 

Hesab edirəm ki, biz gənclərlə daha sıx iş aparmalıyıq. Ailələr övladlarının tərbiyəsinə ciddi önəm verməlidirlər. Məktəblərdə təlim-tərbiyə işlərinə diqqət artırılmalıdır. Yəni, gənclər arasında davamlı təbliğat aparılmalıdır.

Təəssüf ki, müasir dövrdə sosial medianın təsiri, qloballaşma və digər məsələlər bəzi gənclərimizin milli-mənəvi dəyərlərimizdən uzaqlaşmasına gətirib çıxarıb. Biz gənclərdə bir sıra yanlış fikir və düşüncələrin formalaşdığının şahidi oluruq. Kimin tərəfindən törədilməsindən asılı olmayaraq, bu çox yanlış bir əməldir. Gənclərimiz belə davranışlardan uzaq olmalıdırlar. Onlar milli-mənəvi dəyərlərimizin ən ciddi keşikçiləri olmalıdırlar. Bilməlidirlər ki, dövləti güclü edən onun milli-mənəvi dəyərləri, mədəniyyəti, tarixi abidələridir. Azərbaycan xalqı zəngin tarixə, mədəniyyətə və mənəviyyata malik xalqdır. Xalqımız bu dəyərləri göz bəbəyi kimi qorumalıdır", - deyə C.Məmmədov əlavə edib.

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Hadisə ilə bağlı qrafiti tipli təsvirlər çəkən 20 yaşlı A.S., 16 yaşlı L.M., 16 yaşlı Ş.Q. və 17 yaşlı M.B. saxlanılıb. Onların valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır. Binaya dəymiş ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirlərinin görülməsi istiqamətində araşdırmalar davam etdirilir.

Murad İbrahimli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Aprel 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri