Icma.az
close
up
RU
Gənclər üçün ekologiyaya və bərpaolunan enerjiyə dair təlimlər keçirilib

Gənclər üçün ekologiyaya və bərpaolunan enerjiyə dair təlimlər keçirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 3 noyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində gənclər üçün “Ətraf mühit sahəsində beynəlxalq çərçivələr: beynəlxalq ekoloji konvensiyalar və qlobal təcrübələr” və “Bərpaolunan enerjidən istifadə: iqtisadi və ekoloji aspektlərə baxış” mövzularında təlimlər təşkil edilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimə Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Aysel Rzayeva start verərək, iştirakçılara ölkəmizin ətraf mühit sahəsində qoşulduğu beynəlxalq konvensiyalar, təşkilatlar və bu istiqamətdə qəbul olunan beynəlxalq müqavilələrin milli səviyyədə icrasının hüquqi aspektləri barədə məlumat verib.

Daha sonra təlim Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində davam edib, gənclər “Ətraf mühitə dair məlumat almaq, qərarların qəbul edilməsində iştirak və ədalət məhkəməsinin açıqlığı haqqında” BMT-nin Avropa İqtisadi Komissiyasının 1998-ci il tarixli Konvensiyası (Orxus Konvensiyası) barədə məlumatlandırılıb.

Təlimin ikinci hissəsində müstəqil ekspert Kənan Arifli tərəfindən “Bərpaolunan enerjidən istifadə: iqtisadi və ekoloji aspektlərə baxış” mövzusunda təlim keçirilib. Təlim zamanı iştirakçılara enerji mənbələrinin təsnifatı, bərpaolunan enerji növləri və onların iqtisadi, xüsusilə də ekoloji üstünlükləri, eləcə də bu sahədə tətbiq edilən müasir texnologiyaların inkişafı barədə ətraflı məlumat təqdim olunub.

Bu təlimlər gənclərin ekoloji biliklərinin artırılması, beynəlxalq təcrübə ilə tanış olmaları və davamlı inkişaf məqsədlərinə töhfə vermələri baxımından mühüm əhəmiyyət kəsb edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see217

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see210

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see205

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see191

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see182

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see174

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see165

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see158

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see150

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see146

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see146

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see133

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri