Icma.az
close
up
RU
Gənclər üçün narkomaniya əleyhinə seminar keçirilib

Gənclər üçün narkomaniya əleyhinə seminar keçirilib

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gənc Vətənpərvərlər Ictimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə yardımı ilə  “Gələcəyimizə Narkomaniya Girməsin” adlı layihə çərçivəsində “Gənclər bizim gələcəyimizdir, gəlin onları zərərli vərdişlərdən qoruyaq” mövzusunda semnar keçirilmişdir.          

Tədbir  Azərbaycanın Dövlət himi ilə başladı və Ulu Öndərin və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin  ruhunu bir dəqiqəlik skutla yad edildi. Layihə rəhbəri, ictimai  xadim, Azərbaycan fəxri bədən tərbiyəsi və idman işçisi, Kömrük Komitəsinin yanında İctimai Şuranın üzvü Müqamət Əliyev tədbir iştirakçılarını salamladı və layihə cərcivəsində keçirilən tədbirlərdən onun mahiyyətindən danışdı. Sonra o, qeyd etdi ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın uğurla həyata keçirilməsindən və icra olunan layihənin mahiyyətindən ətraflı danışaraq qeyd edərək bildirdi ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin böyük bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkirlər.

Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir. Narkotik maddə təkçə onu qəbul edən insanı məhv etmir,həmçinin narkomanın ailə üzvlərinin sağlamlığına mənfi təsir göstərir. Qeyd etməliyik ki, narkomaniya və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə dövlət qurumları ilə bərabər cəmiyyət də aktiv iştirak etməlidir.  Bir çox ailədaxili münaqişələrin yaranmasına səbəb olan narkomaniyanın profilaktikası ilə bağlı işlərin təşkilində məhz valideynlərin dəstəyi xüsusilə önəmlidir.

Valideynlər övladlarını bu kimi təhlükələrdən qorumaq üçün onlarla psixoloji söhbətlər aparmalı, zərərli vərdişlər haqqında məlumat verməlidirlər. İnanırıq ki, dövlətimizin narkomaniya ilə mübarizə sahəsində apardığı siyasət, dövlət qurumlarının həyata keçirdiyi tədbirlər gənc nəslin həm psixoloji, həm də fiziki sağlam böyüməsinə öz töhfəsini verəcəkdir. Tədbirdə Qara-Qaplan karate-do klubun  baş məşqçisi, Əməkdar məqici, Beynəlxalq dərəcəli hakim, Milli yığma  komandada qadınlardan ibarət yığmanın baş məşqicisi, karate –do üzrə 5-ci Dan qara kəmər ustası Şahin Xudaverdiyev, 9 saylı Uşaq Gənclər İdman məktəbinin direktoru ktoru Seymur Xudaverdiyev “Göyərçin” TİDİB sədri Gülnarə Vəlixanlı, müəllimə Nərgiz Quliyeva, veteran idmançı Kərimov Teymur və digərləri mövzu ilə bağlı geniş ətraflı danışaraq bildirdi ki, Narkomaniyanın cəmiyyət üçün böyük bəla olduğunu və onun “ağ ölüm” adlandırıldığını vurğulayan çıxışçılar gəncləri bu bəladan yaxa qurtarmaq üçün narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməyə, onlara kömək etməyə çağırıblar.

Diqqətə çatdırılıb ki, bu təhlükəli xəstəliklə mübarizədə maarifləndirmə işlərinə, idmanın kütləviliyinin artırılmasına ehtiyac duyulur, eyni zamanda, orta və ali məktəblərdə bədən tərbiyəsi dərslərinin keyfiyyəti artırılmalıdır ki, yeniyetmələr zərərli vərdişlərdən uzaq dursunlar. Tədbirdə narkomaniya, QİÇS və İİV təbliğ olunması haqqında ümumi anlayış və terminalogiya mövzularında geniş ətraflı maarifləndirici diskusiya aparıldı. Sonda əsrin bəlası narkomaniya, QİÇS və İİV əks etdirən video çarx nümayiş olunub. Layihə iştirakçıları əsasən 14-17- yaş arası olan gənclərdən ibarət olub. Tədbirdə Qara-Qaplan və 9 saylı Uşaq Gənclər İdman məkətbinin idmançıları, könüllü həkim narkoloq N.Kərimli, ictimaiyyət nümayəndələri, GVİB-n İdarə Heyəti və könüllülər iştirak ediblər.

Qeyd edək ki, layihə  Azərbaycan Respublikasının QHT-na Dövlət Dəstəyi Agentliyin maliyə yardımı  ilə həyata keçirilir.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://azpost.info
archiveBu xəbər 03 İyul 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri