Icma.az
close
up
RU
Gənclər və idman naziri: Bizi yaxşı MDB Oyunları gözləyir

Gənclər və idman naziri: Bizi yaxşı MDB Oyunları gözləyir

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Bizi yaxşı MDB Oyunları gözləyir.

Bu barədə "Report"a gənclər və idman naziri Fərid Qayıbov açıqlama verib.

O, Qarabağda artıq bir neçə beynəlxalq turnirin baş tutduğunu xatırladıb: "Xankəndidə üç idman tədbiri keçirilib. Şərait yaxşılaşdıqca tədbirlərin sayı artır. III MDB Oyunları üçün Təşkilat Komitəsi yaradılıb. İclaslarımız olub. Hansı idman növlərinin harada olacağı müəyyənləşib. Cənab Prezident də vurğuladı ki, demək olar hər regionda olimpiya komplekslərimiz var. Bəziləri təmir olunacaq, abadlaşdırılacaq. Bəzi yerlərə yeni idman avadanlıqları alınacaq. Bunlar hamısı mirasdır. 2015-ci ildə Bakıda keçirilən Avropa oyunları ərəfəsində ölkədə bir neçə idman qurğusu tikildi. Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayını qeyd edə bilərəm. Atıcılıq mərkəzi yenidən quruldu. Bunlar hamısı Avropa Oyunlarından qalan yaxşı mirasdır. Bu gün də istifadə olunur. Dünyanın bir çox ölkələrindən idmançılar təlim-məşq toplanışları üçün ölkəmizə gəlirlər".

Nazir Azərbaycandakı idman obyekləri barədəı danışıb: "Avropa Gimnastikasının prezidenti kimi deyə bilərəm ki, dünyada Milli Gimnastika Arenası kimi bir kompleks tanımıram. Atıcılıq üzrə dünya çempionatı keçirildi. Beynəlxalq federasiyanın prezidenti gəlmişdi. O dedi ki, dünyada cəmi 6-7 belə kompleks var. Həmçinin Bakı Su İdmanı Sarayı da möhtəşəmdir. Bu, idmanın inkişafı üçün böyük dəstəkdir. Gəncədə yeni stadion tikilir. Artıq idman kompleksi istifadəyə verilib. Regionda ən böyük olimpiya komplekslərindən biridir. Yevlaxda yeni idman kompleksi inşa olunacaq. Düşünürəm ki, təşkiltçılar üçün heç də asan oyunlar deyil. Çətinliklərimiz var, onları üstələyəcəyik. Təkcə MDB deyil, dəvət olunmuş başqa ölkələr də var. Ona görə də iştirakçıların sayı çoxdur. Onlar bir neçə məkanda yerləşdiriləcək. Düşünürəm ki, bu oyunlar regionda idmanın inkişafı üçün təkan olacaq. Növbəti ildə aerobika üzrə Avropa çempionatı keçiriləcək. Böyük yarışdır. Beynəlxalq yarışları daha çox rayonlarda keçirmək üçün icra başçıları ilə danışırıq. Bunun üçün şəraitimiz, otellərimiz var".

Qeyd edək ki, III MDB Oyunları 2025-ci ildə Azərbaycanda keçiriləcək

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://report.az
archiveBu xəbər 25 Dekabr 2024 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see222

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see216

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see198

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see186

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see168

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see141

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see139

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see137

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see137

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see136

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see135

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see134

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see132

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see126

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see125

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri