“Gənclər yalnız qolları izləyir” Futbolun gələcəyi sual altındadır
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Napoli" prezidenti Aurelio De Laurentiis futbolun gələcəyi ilə bağlı qalmaqallı açıqlama verib.
Fanat.Az xəbər verir ki, onun sözlərinə görə, hazırkı oyun forması gənc nəsil üçün kifayət qədər cəlbedici deyil:
“Futbol dəyişməlidir! Gənclərin yalnız matçların vacib anlarını izləməmələri üçün oyunun yenidən qurulması lazımdır. Onların diqqəti tez dağılır və yalnız həyəcanlı epizodlara baxırlar. Yavaş, darıxdırıcı və köhnəlmiş şeyləri izləməyə vaxtları yoxdur.” – deyə De Laurentiis bildirib.
Bu açıqlama sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəziləri prezidentin fikrini dəstəkləyərək futbolun daha sürətli və dinamik hala gətirilməsinin vacibliyini vurğulayıb, digərləri isə bunun futbolun ənənəsinə zərər verəcəyini düşünür.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 29 Sentyabr 2025 21:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















