Icma.az
close
up
RU
Gənclərin bayağı musiqilərə meylinin artmasının günahı kimdədir? SOSİOLOQ AÇIQLADI

Gənclərin bayağı musiqilərə meylinin artmasının günahı kimdədir? SOSİOLOQ AÇIQLADI

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bizim televiziya kanallarında səsələnən musiqilər bayağı musiqi deyil? Televiziyada səslənən musiqilərə baxsaq, ora dəvət olunan dırnaqarası müğənillərə baxsaq və onların səsləndirdiyi dırnaqarası ifadə etdiyi musiqilər bəs bayağı musiqi deyil? Yəni bu günləri televiziyalarda gənclərə hansısa bir keyfiyyətli musiqi nömrəsi təqdim olunurmu ki, gənclərdə normal musiqi dinləsinlər". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Onun sözlərinə görə, bu vəziyyətdən bir çıxış yolu tapılmalıdır. Yəni biz gənclərə nə təqdim və təklif edirik. Bunu əvvəl biz düşünməliyik: "Bu günləri çox televiziyalarda elə bir vəziyyətdir ki, gənclər yaxşını pisdən ayıra bilmir. Çünki televiziyalarda təqdim olunan, dəvət olunan müğənillər əgər onlara müğənni demək olarsa onlar bayağı şəkildə musiqilər təqdim edir və gənclərdə elə hesab edir ki, televiziyalarda bu musiqi səslənirsə demək ki, yaxşı musiqidir. Buna görə də, televiziya vasitəsilə, digər vasitələrlə yaxşı örnəklər gənclərə təqdim olunmalıdır. Keyfiyyətli musiqi nömrələri təqdim olunmalıdır ki, gənclərin mənəvi inkişafına, mənəvi qidalanmasına töhfə versin. Gənclər də başqa bayağı dırnaqarası əsərlərə meyillənməsinlər. Baxırıq ki, ictimai nəqliyyatda, ictimai məkanlarda bayağı musiqi və hətta efirlərdə də, bayağı musiqilər çalınır. Ona görə də gənclərin başqa seçim imkanı olmur, məcbur olub belə musiqiləri dinləyirlər. Çünki yaxşı sənət nömrələrinin yüksək səviyyədə təqdimatı lazımdır. Eyni zamanda yaxşı sənət nömrələrinin konsertlərini təklif və təşkil etmək lazımdır. Gəncləri də həmin konsertlərə dəvət etmək lazımdır ki, gənclər orada görsünlər əsl sənət nədir və o sənət nümunəsi mənəvi qidalanmaya, mənəvi inkişafa necə təsir göstərir. Musiqi bir sənətdir və bu sənət gənclərin mənəvi təmizlənməsində iştirak etməlidir. Əvəzində biz nə görürük? Gənclərə bayağı musiqilər, funkdiminal mesajlar, aqresiv mesajlar, vulqar ifadələr, jarqonlar ötürülür. Beləliklə də gənclərin sosiallaşmasına aşındırıcı təsir göstərir. Ona görə biz ilk növbədə gənclərə təqdim olunan vitrinə nəzər yetirməliyik. O vitrin sağlam sənət nömrələri ilə təzahür etsin, sağlam musiqi nömrələrini özündə ehtiva etsin ki, gənclər artıq görsün ki, bu musiqi daha çox ona mənəvi ehtiyaclarını ödəyir, nəinki bayağı musiqi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 May 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see163

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see136

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see128

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri